Icma.az
close
up
RU
“Bu addım, iki ölkə arasında gələcəkdə yenidən münaqişə ehtimalını minimuma endirər”

“Bu addım, iki ölkə arasında gələcəkdə yenidən münaqişə ehtimalını minimuma endirər”

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Maka Boçorişvili ilə birgə mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib ki, Azərbaycan və Ermənistan arasında yekun sülhə nail olunması üçün Ermənistanda referendum keçirilərək konstitusiyadan Azərbaycana qarşı ərazi iddialarını çıxarmalı, həmçinin ATƏT-in Minsk Qrupu ləğv edilməlidir. 
Mövzu ilə bağlı siyasi şərhçi Asif Nərimanlı Demokrat.az-a açıqlama verib. 
O qeyd edib ki, Ceyhun Bayramovun bu açıqlaması bir neçə strateji mesaj daşıyır:
“Azərbaycan üçün Ermənistanın konstitusiyasında yer alan ərazi iddialarının ləğvi real sülh müqaviləsinin əsas təminatıdır. Bu addım, iki ölkə arasında gələcəkdə yenidən münaqişə ehtimalını minimuma endirər və sülhün beynəlxalq hüquqa əsaslanan davamlı mexanizmlə qorunmasını təmin edər. Minsk Qrupu uzun illər Qarabağ münaqişəsinin həllində vasitəçi kimi çıxış etsə də, 2020-ci il müharibəsindən sonra bu mexanizm faktiki olaraq sıradan çıxıb. Onun ləğvi həm regionda yeni siyasi reallıqların rəsmi tanınması, həm də Azərbaycan və Ermənistanın birbaşa danışıqlar prosesinə keçməsi anlamına gəlir. Konstitusiyadan ərazi iddialarının çıxarılması Ermənistanda ciddi siyasi mübahisələr yarada bilər. Çünki bu, həm Ermənistan müxalifəti, həm də diaspor tərəfindən “tarixi iddialardan imtina” kimi qəbul oluna bilər. Referendum keçirilməsi Paşinyan hökumətinin siyasi iradəsinin və cəmiyyətin hazırkı mövqeyinin test olunması deməkdir. Əgər Ermənistan bu addımı atarsa, Azərbaycan-Ermənistan münasibətləri yeni mərhələyə qədəm qoya bilər. Bu, həm iqtisadi əməkdaşlıq imkanlarını, həm də regionda Zəngəzur dəhlizi kimi layihələrin reallaşma perspektivini gücləndirər”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 İyul 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri