“Bu, aylarla davam edə bilməz: MAQATE və İran arasında çətin danışıqlar“ BBC | Icma.az
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Qrossi ümid edir ki, razılaşma bu həftə əldə olunacaq..." Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATƏ) rəhbəri Rafael Qrossi bildirib ki, təşkilatın müfəttişlərinin İrandakı nüvə obyektlərinə girişi məsələsi aylarla uzana bilməz.
Onun sözlərinə görə, məqsəd bu həftənin sonuna qədər Tehrana səfərlərlə bağlı razılaşma əldə etməkdir.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
Yüksək zənginləşdirilmiş uran barədə məlumatsızlıq Qrossinin sözlərinə görə, iyunun 13-də İsrailin İrandakı obyektlərə ilk hava zərbələri endirdiyi gündən etibarən agentliyin ölkədəki uran ehtiyatları barədə heç bir dəqiq məlumatı yoxdur.
Halbuki həmin vaxtadək İranın 440 kiloqramdan çox 60 faiz səviyyəsinə qədər zənginləşdirilmiş uranı mövcud olub.
Bu isə az qala 10 atom bombasının hazırlanmasına kifayət edəcək qədər material deməkdir.
O, vurğulayıb ki, ehtiyatların hələ də İranda saxlanıldığı ehtimal olunur, amma bunu təsdiqləmək vacibdir.
Tam oxu
Xəbəri oxu