Icma.az
close
up
RU
“Bu, aylarla davam edə bilməz: MAQATE və İran arasında çətin danışıqlar“ BBC

“Bu, aylarla davam edə bilməz: MAQATE və İran arasında çətin danışıqlar“ BBC

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qrossi ümid edir ki, razılaşma bu həftə əldə olunacaq..."

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATƏ) rəhbəri Rafael Qrossi bildirib ki, təşkilatın müfəttişlərinin İrandakı nüvə obyektlərinə girişi məsələsi aylarla uzana bilməz. Onun sözlərinə görə, məqsəd bu həftənin sonuna qədər Tehrana səfərlərlə bağlı razılaşma əldə etməkdir.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.

Yüksək zənginləşdirilmiş uran barədə məlumatsızlıq

Qrossinin sözlərinə görə, iyunun 13-də İsrailin İrandakı obyektlərə ilk hava zərbələri endirdiyi gündən etibarən agentliyin ölkədəki uran ehtiyatları barədə heç bir dəqiq məlumatı yoxdur. Halbuki həmin vaxtadək İranın 440 kiloqramdan çox 60 faiz səviyyəsinə qədər zənginləşdirilmiş uranı mövcud olub. Bu isə az qala 10 atom bombasının hazırlanmasına kifayət edəcək qədər material deməkdir. O, vurğulayıb ki, ehtiyatların hələ də İranda saxlanıldığı ehtimal olunur, amma bunu təsdiqləmək vacibdir.

Məhdudiyyətlər və yeni qanun

İran parlamenti yayda qəbul etdiyi qanunla MAQATƏ ilə əməkdaşlığı dayandırıb. Bundan sonra təşkilatın hər hansı yoxlamalar aparması yalnız Ali Milli Təhlükəsizlik Şurasının icazəsi ilə mümkündür. Qrossi bildirib ki, bu mexanizmin necə işləyəcəyi hələ də aydın deyil. O, həmçinin qeyd edib ki, Tehran zənginləşdirilmiş uranın yerləşdiyi yerlərin açıqlanmasını istəmir.

Hazırda müfəttişlərin yalnız Buşehr atom elektrik stansiyasına daxil ola bilməsi mümkün olub, lakin bu obyekt İranda ən kritik məkan sayılmır və adətən MAQATƏ-nin rüblük hesabatlarına da daxil edilmir. Əsas nüvə obyektləri - Fordo, İsfahan və Natanza ABŞ və İsrailin aviazərbələri nəticəsində ciddi ziyan görüb.

Qərbin reaksiyası və yeni təzyiqlər

Avqustun sonunda Böyük Britaniya, Fransa və Almaniya BMT-yə rəsmi müraciət edərək Tehranın 2015-ci il nüvə sazişinin öhdəliklərini pozduğunu bəyan edib. Bu addım sanksiyaların bərpasına yol açır, lakin proses mərhələli şəkildə aparılır: 30 günlük məsləhətləşmələrdən sonra BMT Təhlükəsizlik Şurası qərar verməlidir. Fransa XİN rəhbəri Jan-Noel Barro diplomatiyanın hələ tükənmədiyini söyləyib, Almaniya xarici işlər naziri isə İrandan sentyabr ayı ərzində MAQATƏ ilə tam əməkdaşlığa qayıtmağı tələb edib.

Tehranın mövqeyi və Qərbin şübhələri

İran nüvə proqramının sırf dinc məqsədlərə xidmət etdiyini israrla bəyan edir. Lakin Qərb dövlətləri bu arqumentə şübhə ilə yanaşır və proqramın əslində hərbi hədəflərə yaxınlaşdığını düşünür. Qrossinin sözləri isə vəziyyətin nə qədər gərgin və həssas olduğunu bir daha göstərir: "Bu, aylarla davam edə bilməz. Gözləntim odur ki, həftə bitməmiş razılaşma əldə ediləcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Sentyabr 2025 22:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri