Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kulis.az Alpay Azərin "8b-dəki İra" hekayəsi haqqında yazıçıların fikirlərini təqdim edir.
Sevinc Elsevər: "Müəllif bu hekayə ilə nə dedi, anlamadım. Nə öyrəndim? Başqaları nə öyrənəcək? Bəlkə, diqqətli deyiləm, bilmirəm.
Patrik Züskindin məşhur hekayəsindəki tənqidçi kimi danışsam, dərinlik çatmır bu hekayədə sanki. Amma mən ədəbi tənqidçi deyiləm.
Müəllif bu fikrimi ürəyinə salmasın". İlham Əziz: "Hekayədə bu qədər üç nöqtə adamı əldən salır. Qalırsan öz hayına.
Bilmirsən, hansını hara calayasan. Ən uzağı, 3-4 dəfə bu durğu işarəsindən istifadə etmək məqbuldur.
Səhv etmirəmsə, on dəfə üç nöqtə qoyulub. Dəqiq saya da bilmədim. Hekayə cansıxıcıdır.
Hər nə qədər içində əlli dərənin suyu qarışsa da, təəssüf ki, maraq oyada bilmədi. Qeyri-estetik cümlələr var.