Icma.az
close
up
RU
Bu, azərbaycan kişilərinin rus qadınından intiqamıdır Hekayə müzakirəsi

Bu, azərbaycan kişilərinin rus qadınından intiqamıdır Hekayə müzakirəsi

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Alpay Azərin "8b-dəki İra" hekayəsi haqqında yazıçıların fikirlərini təqdim edir.

Sevinc Elsevər:

"Müəllif bu hekayə ilə nə dedi, anlamadım. Nə öyrəndim? Başqaları nə öyrənəcək? Bəlkə, diqqətli deyiləm, bilmirəm. Patrik Züskindin məşhur hekayəsindəki tənqidçi kimi danışsam, dərinlik çatmır bu hekayədə sanki. Amma mən ədəbi tənqidçi deyiləm. Müəllif bu fikrimi ürəyinə salmasın".

İlham Əziz:

"Hekayədə bu qədər üç nöqtə adamı əldən salır. Qalırsan öz hayına. Bilmirsən, hansını hara calayasan. Ən uzağı, 3-4 dəfə bu durğu işarəsindən istifadə etmək məqbuldur. Səhv etmirəmsə, on dəfə üç nöqtə qoyulub. Dəqiq saya da bilmədim.

Hekayə cansıxıcıdır. Hər nə qədər içində əlli dərənin suyu qarışsa da, təəssüf ki, maraq oyada bilmədi. Qeyri-estetik cümlələr var. “Məktəb maaşı”, “tammetrajlı çarpayı”, “barmağımı ağuşuna almadı”, və s.

Hekayə adamda “pis tərcümə olunmuş” mətn əhvalı yaradır. Düşünməyə yer qoymur, bütün suallara müəllif cavab verir.

Məncə, Alpay həddən artıq yazır. Belə məhsuldarlıq keyfiyyət defisiti yaradır. Hekayədə aydınlanma yoxdur. Alpaya yeni hekayələrində uğurlar arzulayıram".

Fəridə:

"Hekayə çox qəşəng başlayır. Elə ilk abzaslardan təsvirlər o qədər filmoqrafikdir ki, həmin dövrdə və anda olursan. Ortabab rus filmi dadındadır. Məsələn, kinoteatrda başını sevgilinin çiyninə dayayıb (oturacaqlar çox narahatdır, yeri gəlmişkən, bundan artıq nəsə etmək olmur) belə bir filmə xumar-xumar baxardım. Amma ortaya qədər.

Parisdəki əhvalat, iranlı xanım, ikinci arvad məsələlərini İraya yaraşdıra bilmədim. Əyninə deyil. Real həyatda, bəlkə də, ola bilər, amma bu hekayədə İranın taleyi belə olmamalıydı. Bunu müəllifin tipik azərbaycan kişilərinin rus qadınından intiqamı kimi dəyərləndirdim. Hekayədən çox mövzudan danışıram, çünki hekayədə bir problem yoxdur, hər şeyi ilə janrın tələblərinə cavab verir, məncə. Amma "rusyetə" ikicə həftəlik də yolu düşən hər qafqazlı kişinin "repertuarında" N qədər belə hekayələr var. Hekayə daha çox şuuraltı qisas, intiqam, rus qadına uduzmuşluq qoxusu verdi. Eyni zamanda gizli heyranlıq. Alpay müəllimi həmişə oxuyuram. Bənzətməli olsam, bu hekayəyə reyhan kompotu deyə bilərəm, dadını sevmədim".

"Avroviziya 2025" şərhçilərimiz kimdir? "Himnimizin sözlərini Əhməd Cavad yazmayıb" - 33 ildir haqqı yeyilən əsl müəllif kimdir? “Maqbet”in teatr taleyi - Türkan Cəfərli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://kulis.az
archiveBu xəbər 21 May 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri