Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Aprelin 1-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin daha da möhkəmləndiyini və qarşılıqlı faydalı əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir".
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib.
Parlamentarinin sözlərinə görə, bu səfər siyasi-iqtisadi münasibətlərin inkişafına töhfə vermiş, xüsusilə bərpaolunan enerji və ekoloji sahələrdə yeni əməkdaşlıq imkanları yaradılmışdır.
"Həm təkbətək görüşdə söhbət əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən verilən bəyanatlar əlaqələrin gələcək inkişafı ilə bağlı yeni perspektivlər açır.
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildən bəri davamlı olaraq güclənmişdir.
Azərbaycan və Almaniya arasında iqtisadi əlaqələrin inkişafı, xüsusilə ticarət dövriyyəsinin sürətlə artması ilə müşayiət olunmuşdur.