Icma.az
close
up
RU
Bu, Azərbaycanın ekoloji siyasətinin inkişafına böyük töhfə verəcəkdir Deputat

Bu, Azərbaycanın ekoloji siyasətinin inkişafına böyük töhfə verəcəkdir Deputat

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Aprelin 1-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin daha da möhkəmləndiyini və qarşılıqlı faydalı əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib. 

Parlamentarinin sözlərinə görə, bu səfər siyasi-iqtisadi münasibətlərin inkişafına töhfə vermiş, xüsusilə bərpaolunan enerji və ekoloji sahələrdə yeni əməkdaşlıq imkanları yaradılmışdır.

"Həm təkbətək görüşdə söhbət əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən verilən bəyanatlar əlaqələrin gələcək inkişafı ilə bağlı yeni perspektivlər açır. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildən bəri davamlı olaraq güclənmişdir. Azərbaycan və Almaniya arasında iqtisadi əlaqələrin inkişafı, xüsusilə ticarət dövriyyəsinin sürətlə artması ilə müşayiət olunmuşdur. Cari ilin yanvar-fevral aylarında ticarət dövriyyəsi təxminən üç dəfə artmışdır. Ötən ilin noyabr ayında ölkəmizin ev sahibliyi etdiyi COP29 tədbiri həm region, həm də qlobal miqyasda əhəmiyyətli nəticələr əldə etmişdir. Konfransda 197 ölkə iştirak etmiş və 77 mindən çox nümayəndə qeydiyyatdan keçmişdir. COP29-da əldə edilən uğurlar, xüsusilə iqlim dəyişikliyi ilə mübarizədə ölkələr arasında əlaqələrin güclənməsinə şərait yaradacaqdır. Almaniya ilə bu sahədəki təcrübə mübadiləsi və birgə layihələr Azərbaycanın ekoloji siyasətinin inkişafına böyük töhfə verəcəkdir.

Almaniya Azərbaycanın Avropada strateji əhəmiyyətini tanıyan və ölkənin təhlükəsizlik məsələlərinə dəstək verən əsas tərəfdaşlardan biridir. Azərbaycanın Ermənistan ilə münasibətlərində baş verən normallaşma prosesləri regional təhlükəsizlik məsələləri üçün mühüm əhəmiyyət kəsb edir. Almaniya və Azərbaycan arasında inkişaf edən əlaqələr yalnız iki ölkə üçün deyil, həm də Avropa və Cənubi Qafqaz bölgəsi üçün əhəmiyyətlidir. Bu səfərlə Azərbaycan-Almaniya əlaqələri yeni bir mərhələyə qədəm qoyacaq və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə şərait yaradacaqdır". 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 Aprel 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri