Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır. "Hər iki komanda üçün vacib oyundur. Bu il avroliqada son oyundur.
Ümumi nəticəyə baxsaq fərqimiz çox azdır. Rəqib komandanın baş məşqçisinin fikirlərini oxudum.
Hiss olunur ki, ciddi hazırlaşıblar və səbirsizliklə oyunu gözləyirlər. Ola bilsin ki, sabah daha çox güc sərf etməli olacağıq".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında Liqa mərhələsinin 6-cı turunda keçiriləcək "Elfsborq"a qarşı oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, rəqibi məğlub edəcək gücə qadir olduqlarını bildirib: "Bu, bizim üçün vacib olacaq. Səliqəli oynamalıyıq.
Bunun üzərində maksimum düşünməliyik. Çalışacağıq ki, sərfəli nəticə ilə meydanı tərk edək. Tam olmasa da, sabahkı oyuna hazırıq.
Həqiqətən, çox vacib oyundur. Biz 3 xal qazanmaq gücündəyik.
Sadəcə futbol elə bir səviyyəyə gəlib ki, istənilən komanda istənilən rəqibdən 3 xalı ala bilər.