Icma.az
close
up
RU
Bu, bizi narahat edir Qurban Qurbanov

Bu, bizi narahat edir Qurban Qurbanov

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Hər iki komanda üçün vacib oyundur. Bu il avroliqada son oyundur. Ümumi nəticəyə baxsaq fərqimiz çox azdır. Rəqib komandanın baş məşqçisinin fikirlərini oxudum. Hiss olunur ki, ciddi hazırlaşıblar və səbirsizliklə oyunu gözləyirlər. Ola bilsin ki, sabah daha çox güc sərf etməli olacağıq".

QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında Liqa mərhələsinin 6-cı turunda keçiriləcək "Elfsborq"a qarşı oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, rəqibi məğlub edəcək gücə qadir olduqlarını bildirib: "Bu, bizim üçün vacib olacaq. Səliqəli oynamalıyıq. Bunun üzərində maksimum düşünməliyik. Çalışacağıq ki, sərfəli nəticə ilə meydanı tərk edək. Tam olmasa da, sabahkı oyuna hazırıq. Həqiqətən, çox vacib oyundur. Biz 3 xal qazanmaq gücündəyik. Sadəcə futbol elə bir səviyyəyə gəlib ki, istənilən komanda istənilən rəqibdən 3 xalı ala bilər. 

Sabah bizim qarşımızda intizamlı komanda olacaq. Qeyd etdiyim kimi, onlara qarşı daha çox güc sərf edəcəyimiz mümkündür. Düşüncələrimiz meydanda tam həyata keçərsə, bu komandaya qalib gəlmək gücündəyik. Baxmayaraq ki, çox yaxşı kollektivdirlər. Diqqətli, intizamlı oynasaq, qələbə əldə edə bilərik. O güc bizdə var". 

Mütəxəssis zədəli futbolçulardan da söz açıb: "İtkilərimiz var. Əsas da müdafiə xəttində. Bu, görünən tərəfdir. Bəhlul, Medina yoxdur. Amma komandanın görünməyən tərəfləri var. Bəzi oyunçuların da kiçik zədələri var. Bu, bizi narahat edir. Sabaha qədər vaxtımız var. Həkimlərlə məsləhətləşib qərar verəcəyik. Meydança amili də var. Süni meydança zədəyə daha sərt reaksiya verə bilər. Ona görə də görünməyən tərəfdə problemlərimiz var. Amma təcrübəli oyunçularımız var. Ən uyğun atmağa çalışırıq". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://qol.az
archiveBu xəbər 11 Dekabr 2024 22:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri