Milli.az saytına istinadən Icma.az xəbər verir.
Min illərdir sarsılmazlıq və sabitliyin simvolu sayılan dağlar, əslində canlı bir orqanizm kimi daim hərəkət edir, yüksəlir və hətta yerini dəyişir. Son geoloji məlumatlar dağlar haqqındakı klassik təsəvvürləri kökündən dəyişdirir.
Milli.Az xəbər verir ki, Yer qabığının dərinliklərindəki tektonik plitələrin toqquşması nəticəsində nəhəng dağ kütlələri yerini dəyişir. Məsələn, Hindistan plitəsinin Asiyaya göstərdiyi təzyiq səbəbindən Everest və ətrafındakı Himalay sıradağları hər il təxminən 5 santimetr şimala doğru sürüşür. Bu hərəkət həm də dağların hər il bir neçə millimetr daha da ucalmasına səbəb olur.
İqlim dəyişikliyi ilə əlaqədar buzlaqların əriməsi dağların üzərindəki nəhəng çəkini azaldır. Geologiyada "İzostatik geri təpmə" (Isostatic Rebound) adlanan bu prosesə görə, üzərindəki buz yükü azalan dağlar sanki bir yay kimi yer altındakı maqmanın təzyiqi ilə yuxarıya doğru "şişməyə" və yüksəlməyə başlayır. Alplarda müşahidə olunan bu vəziyyət dağların boyunu hər il artırır.
Dağların bu fiziki yerdəyişməsi təkcə elmi maraq doğurmur, həm də siyasi nəticələrə yol açır. Alplardakı buzlaqların əriməsi və su hövzələrinin yerini dəyişməsi səbəbindən İtaliya və İsveçrə dövlət sərhədlərini rəsmi olaraq yenidən müəyyənləşdirmək məcburiyyətində qalıblar. Çünki əvvəllər sərhəd hesab olunan zirvə nöqtələri və su ayrıcıları artıq coğrafi olaraq yerini dəyişib.
Lalə Qüdrətova
Milli.Az