Icma.az
close
up
RU
Bu dağlar yerində durmur : Sıradağların gizli hərəkəti üzə çıxdı

Bu dağlar yerində durmur : Sıradağların gizli hərəkəti üzə çıxdı

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Min illərdir sarsılmazlıq və sabitliyin simvolu sayılan dağlar, əslində canlı bir orqanizm kimi daim hərəkət edir, yüksəlir və hətta yerini dəyişir. Son geoloji məlumatlar dağlar haqqındakı klassik təsəvvürləri kökündən dəyişdirir.

Milli.Az xəbər verir ki, Yer qabığının dərinliklərindəki tektonik plitələrin toqquşması nəticəsində nəhəng dağ kütlələri yerini dəyişir. Məsələn, Hindistan plitəsinin Asiyaya göstərdiyi təzyiq səbəbindən Everest və ətrafındakı Himalay sıradağları hər il təxminən 5 santimetr şimala doğru sürüşür. Bu hərəkət həm də dağların hər il bir neçə millimetr daha da ucalmasına səbəb olur.

İqlim dəyişikliyi ilə əlaqədar buzlaqların əriməsi dağların üzərindəki nəhəng çəkini azaldır. Geologiyada "İzostatik geri təpmə" (Isostatic Rebound) adlanan bu prosesə görə, üzərindəki buz yükü azalan dağlar sanki bir yay kimi yer altındakı maqmanın təzyiqi ilə yuxarıya doğru "şişməyə" və yüksəlməyə başlayır. Alplarda müşahidə olunan bu vəziyyət dağların boyunu hər il artırır.

Dağların bu fiziki yerdəyişməsi təkcə elmi maraq doğurmur, həm də siyasi nəticələrə yol açır. Alplardakı buzlaqların əriməsi və su hövzələrinin yerini dəyişməsi səbəbindən İtaliya və İsveçrə dövlət sərhədlərini rəsmi olaraq yenidən müəyyənləşdirmək məcburiyyətində qalıblar. Çünki əvvəllər sərhəd hesab olunan zirvə nöqtələri və su ayrıcıları artıq coğrafi olaraq yerini dəyişib.
Lalə Qüdrətova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 30 Yanvar 2026 08:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri