Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş”i təsdiq edib.Bu layihənin Amerikanın maraqlarına uyğun olmadığını ABŞ dəfələrlə bildirib.Maraqlıdır, bu, Azərbaycan iqtisadiyyatında nələri dəyişəcək?Mövzu ilə bağlı olaraq iqtisadçı-ekspert Eldəniz Əmirov Demokrat.az-a açıqlamasında bildirib ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi 2000-ci ildə Rusiyanın təşəbbüsü ilə Rusiya, İran, Hindistan arasında birgə sazişin nəticəsi olaraq rəsmi kontekstə keçib:“Bu dəhlizin əsası ötən əsrin sonlarına gedib çıxır.
Ümumiyyətlə əsas olaraq da Şimal-Cənub dialoqu şəklində qoyulmuşdur.
Rusiyanın o dövrdə keçmiş SSRİ-nin Avropa ilə olan münasibətlərində olan soyuqluq bu dəhlizin marşrutunu Qırmızı dənizdən salaraq, Atlantik okeanı vasitəsilə Şimali Avropaya çatdırıb.Hazırda isə Rusiyanın təşəbbüsü ilə Şimal Cənub dəhlizinin yeni, daha qısa marşrutu təşrif edilmişdir.
Azərbaycan isə 2005-ci ildə Şimal Cənub nəqliyyat dəhlizi ilə bağlı bir sənədə imza ataraq, məhz bu dəhlizin qurulması üçün əməkdaşlıq haqqında ilkin rəsmi razılaşma imzalıyıb.
Bu kontekstdə də Azərbaycan bir çox ciddi işlər görüb”.Ekspert onu da vurğulayıb ki,bu dəhliz üzərində olan ölkələr arasında ən yaxşı infrastruktur göstərcisinə məhz Azərbaycan malikdir:“Nəzərə alsaq ki, Şimal -Cənub dəhlizinin bir marşrutu Xəzərin üzərindən, bir marşrutu Asiya tərəfindən, bir marşrutu Azərbaycanın üzərindən keçir və Azərbaycan tərəfi ən perspektivlisidir:“O ki qaldı bu əməkdaşlıq sazişinin təsdiqinə təbii olaraq ixracın diversifikasiyası, logistik imkanların gənişləndirilməsi, Azərbaycanın strateji əhəmiyyətinin daha da artırılması kimi bir çox istiqamətlərdir.
Əlaxüsusda digər imkanları, infrastrukturun gənişlənməsi, təbii resurslardan səmərli istifadə və s.
kimi istiqamətlərdə bu sazişin təsdiqlənməsi Azərbaycan iqtisadiyyatı üçün önəmlidir.