Icma.az
close
up
RU
“Bu dəhliz üzərində olan ölkələr arasında ən yaxşı infrastruktur göstəricisinə məhz Azərbaycan malikdir” Ekspert

“Bu dəhliz üzərində olan ölkələr arasında ən yaxşı infrastruktur göstəricisinə məhz Azərbaycan malikdir” Ekspert

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş”i təsdiq edib.
Bu layihənin Amerikanın maraqlarına uyğun olmadığını ABŞ dəfələrlə bildirib.

Maraqlıdır, bu, Azərbaycan iqtisadiyyatında nələri dəyişəcək?
Mövzu ilə bağlı olaraq iqtisadçı-ekspert Eldəniz Əmirov Demokrat.az-a açıqlamasında bildirib ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi 2000-ci ildə Rusiyanın təşəbbüsü ilə Rusiya, İran, Hindistan arasında birgə sazişin nəticəsi olaraq rəsmi kontekstə keçib:
“Bu dəhlizin əsası  ötən əsrin sonlarına gedib çıxır. Ümumiyyətlə əsas olaraq da Şimal-Cənub dialoqu şəklində qoyulmuşdur. Rusiyanın o dövrdə keçmiş SSRİ-nin  Avropa ilə olan münasibətlərində olan soyuqluq bu dəhlizin marşrutunu Qırmızı dənizdən salaraq, Atlantik okeanı vasitəsilə Şimali Avropaya çatdırıb.
Hazırda isə Rusiyanın təşəbbüsü ilə Şimal Cənub dəhlizinin yeni, daha qısa marşrutu təşrif edilmişdir. Azərbaycan isə 2005-ci ildə  Şimal Cənub nəqliyyat dəhlizi ilə bağlı bir sənədə imza ataraq, məhz bu dəhlizin qurulması üçün əməkdaşlıq haqqında ilkin rəsmi razılaşma imzalıyıb. Bu kontekstdə də Azərbaycan bir çox ciddi işlər görüb”.
Ekspert onu da vurğulayıb ki,bu dəhliz üzərində olan ölkələr arasında ən yaxşı infrastruktur göstərcisinə məhz Azərbaycan malikdir:
“Nəzərə alsaq ki, Şimal -Cənub dəhlizinin bir marşrutu Xəzərin üzərindən, bir marşrutu Asiya tərəfindən, bir marşrutu Azərbaycanın üzərindən keçir və Azərbaycan tərəfi ən perspektivlisidir:
“O ki qaldı  bu əməkdaşlıq sazişinin təsdiqinə təbii olaraq ixracın diversifikasiyası, logistik imkanların gənişləndirilməsi, Azərbaycanın strateji əhəmiyyətinin daha da artırılması kimi bir çox istiqamətlərdir. Əlaxüsusda digər imkanları, infrastrukturun gənişlənməsi, təbii resurslardan səmərli istifadə və s. kimi istiqamətlərdə bu sazişin təsdiqlənməsi Azərbaycan iqtisadiyyatı üçün önəmlidir. Yəni, nə qədər çox dəhliz olarsa və digər ölkələrlə nə qədər çox strateji iqtisadi sənədi imzalanırsa, bu sözsüz ki, ölkə iqtisadiyyatı üçün önəmlidir”.
Ekspert son olaraq onu da əlavə edib ki, Amerikanın Şimal-Cənub dəhlizinə qarşı olması təbiidir:
“Çünki Amerikanın digər alternativ istiqamətlərdə maraqları daha çoxdur. Digər bir tərəfdən də Amerikanın hazırda sevmədiyi, sanksiyalar tətbiq etdiyi ölkələrdən ikisi, yəni Rusiya və İran bu dəhlizdən daha çox fayda götürəcəyi ölkələrdir.Buna görə də bu dəhlizin aktiv şəkildə və öz bütün gücü ilə işləməsi Rusiyanın və İranın iqtisadi inkişafına da töhfə verəcək. Amerikayı isə bunu istəmir. Buna görə də bu sanksiyaları davam elətdirir.Bu dəhlizin uğur qazanmasına mane olan əsas səbəblərdən biri də İrana və Rusiyaya tətbiq edilən sanksiyalardır. Çünki bu sanksiyalar dəhliz üzrə infrastruktur layihələrinin uğurla  işləşirməsində mane olur”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Fevral 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri