Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Qan Turalı yazır...
Görkəmli fransalı şair Luis Araqonun "Xoşbəxt sevgi yoxdur ki, bu xaraba dünyada..." şeiri 14 Fevral günü üçün qəribə səslənə bilər.
Şeirin son bəndi belədir: Bundan sonra ta çətin öyrənək yaşamağı, Qoy qəlbimiz ağlasın səhərdən axşamadək.
Ağrısız başa gəlmir nəğmənin doğulmağı, Əgər ocaq sönürsə, közərtməyə ah gərək, Gitaranın naləsi çatsın gərək imdada, Xoşbəxt sevgi yoxdur ki, bu xaraba dünyada...
Qismətin tərcüməsində bu şeiri oxuyarkən insan həmişə dərin xəyallara, düşüncələrə dalır.
Bu düşüncələri bəlkə də ən çox 14 fevralda ifadə etmək, ictimailəşdirmək lazımdır.
Bu gün bir çox insan "Sevgililər günü"nün kapitalizmin oyunu hesab edərək ona barmaqarası yanaşır.
Doğrudan da kapitalizm bir çox yerlərə olduğu kimi bura da sirayət edir. Ancaq başqa cür mümkündürmü? Kapitalizmin təbiəti belədir.