Icma.az
close
up
RU
Bu dünyada sevgi var...

Bu dünyada sevgi var...

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qan Turalı yazır...

Görkəmli fransalı şair Luis Araqonun "Xoşbəxt sevgi yoxdur ki, bu xaraba dünyada..." şeiri 14 Fevral günü üçün qəribə səslənə bilər. Şeirin son bəndi belədir:

Bundan sonra ta çətin öyrənək yaşamağı,

Qoy qəlbimiz ağlasın səhərdən axşamadək.

Ağrısız başa gəlmir nəğmənin doğulmağı,

Əgər ocaq sönürsə, közərtməyə ah gərək,

Gitaranın naləsi çatsın gərək imdada,

Xoşbəxt sevgi yoxdur ki, bu xaraba dünyada...

Qismətin tərcüməsində bu şeiri oxuyarkən insan həmişə dərin xəyallara, düşüncələrə dalır. Bu düşüncələri bəlkə də ən çox 14 fevralda ifadə etmək, ictimailəşdirmək lazımdır.

Bu gün bir çox insan "Sevgililər günü"nün kapitalizmin oyunu hesab edərək ona barmaqarası yanaşır. Doğrudan da kapitalizm bir çox yerlərə olduğu kimi bura da sirayət edir. Ancaq başqa cür mümkündürmü? Kapitalizmin təbiəti belədir. O sərmayə olan hər yerə nüfuz etməyi bacarır. Din belə öz tacirlərini, kapitalistlərini yaratmırmı? Ya da təhsil və səhiyyə də tamamilə kapitalistləşməyibmi?

Bu il ABŞ-də "Sevgililər günü" iqtisadiyyatının 27.5 milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır. Bu, ötən ilin rəqəmindən artıqdır. Keçən il bu rəqəm 25.8 milyard dollar təşkil edirdi. Bu vəsait əsas etibarı ilə zinət əşyalarına, restoranlara, şirniyyat və güllərə xərclənir. Qeyd olunan məbləği bütün ABŞ vətəndaşlarına böldükdə isə 181 dollar edir. Burdan da göründüyü kimi bir çox sektor üçün "Sevgililər günü" son dərəcə mühüm əhəmiyyət daşıyır.

Ancaq bütün bu rəqəmlərə, dünya iqtisadiyyatının gedişatına, kapitalizmin cürbəcür marketinq oyunlarına, medianın həmlələrinə baxmayaraq bəşəriyyətin sevgiyə ehtiyacı var. "Yüz ilin tənhalığı" romanında bütün qəsəbə dəhşətli yuxusuzluq bəlasına yoluxur, ardınca isə yaddaşsızlıq başlayır. Əşyaları unutmamaq üçün onların üstünə adlarını yazıb qoyurlar. Bir də yazırlar ki, dünyada Tanrı var. O romandakı kimi, bu dünyada sevginin var olduğunu da insanlara xatırlatmaq gərəkdir. Bu günün bəşəriyyət üçün ən böyük əhəmiyyəti də budur.

Təəssüf ki, dövrümüz, virtual dünya insanları getdikcə mexanikləşdirir. Real dünyada qopub virtual aləmin saxta, yalançı dünyasına köçürük. Orada süni təsəllilər, xoşbəxtliklər axtarırıq. Səid Faiqin məşhur uzun illər əvvəl yazdığı hekayəsində dediyi kimi - artıq heç kim başqasının üzünü bircə anlıq görmək üçün skamyalarda oturub gözləmir.

Artıq əvvəlki sevgi filmləri də yoxdur. "Her" filmində bir insan süni intellektə aşiq olur. İnsanlar artıq "Chat GPT" ilə dərdləşir, onunla ünsiyyət qururlar. Bəzən ən yaxın dostlar arasında belə ünsiyyət ancaq bir-birlərinə linklər göndərməklə mümkün olur. Qadın evdə bir telefonu alır əlinə, kişi o birisini. Uşağın da öz planşeti var. Beləcə ömür davam keçir.

Ancaq bütün bu gerçəklik bizi öz təbiətimizə, öz ruhumuza yadlaşdıra, özgələşdirə bilməz. İnsan sosial varlıq olduğu qədər də mənəvi varlıqdır. Ona görə də hədiyyələşərkən belə sevginin fərqinə varmaq lazımdır, sevmək lazımdır. Sevgi ən insani hisslərdən biridir, bəlkə də ən insani hissdir. Bizi bir bəşər övladı kimi var edən şeylərdən biridir sevgi. Bizim sevgiyə ehtiyacımız var. Təkcə, qarşı cinsə yox, eləcə də başqa insanlara, heyvanlara, təbiətə, incəsənətə, Tanrıya... Sevgi ruhun ucalığıdır.

Füzulinin də dediyi kimi:

Eşqdir aləmdə hər nə var,

Elm bir qeylü-qal imiş ancaq...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Fevral 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see549

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see198

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see180

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see179

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see170

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see169

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see165

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see165

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see164

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see164

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see162

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see162

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see161

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see160

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see159

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see159

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see159

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see159

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see159

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri