Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundovla Abay Kunanbayev küçələrinin kəsişməsində yolun bir hissəsi istifadəyə yararsızdır.
Bu barədə təlimçi Arzu Babazadə Avtosfer.az-a videomaterial göndərib.
Kadrdan da göründüyü kimi, sözügedən ərazidə qazıntı işləri aparılıb, lakin sonradan təmir-bərpa işləri görülməyib.
Nəticədə yoldan keçən sürücülər çuxura düşməmək üçün əks istiqamətli yola çıxırlar.
Digər tərəfdən ərazidəki irigövdəli ağaclar yola əyildiyi üçün avtobusların öz zolağında hərəkətini mümkünsüz hala gətirib.
Ona görə də avtobus sürücüləri iki zolağın ortasıyla gedərək qazılmış çuxura düşürlər.
Xoşagəlməz halla bağlı həm avtomobillərə, həm də avtobuslara ciddi maddi ziyan dəyir.