Bu ərazidə yol qazılıb, amma nə təmir, nə də bərpa edilir Sürücülər ŞİKAYƏTÇİDİR VİDEO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundovla Abay Kunanbayev küçələrinin kəsişməsində yolun bir hissəsi istifadəyə yararsızdır.
Bu barədə təlimçi Arzu Babazadə Avtosfer.az-a videomaterial göndərib. Kadrdan da göründüyü kimi, sözügedən ərazidə qazıntı işləri aparılıb, lakin sonradan təmir-bərpa işləri görülməyib. Nəticədə yoldan keçən sürücülər çuxura düşməmək üçün əks istiqamətli yola çıxırlar. Digər tərəfdən ərazidəki irigövdəli ağaclar yola əyildiyi üçün avtobusların öz zolağında hərəkətini mümkünsüz hala gətirib. Ona görə də avtobus sürücüləri iki zolağın ortasıyla gedərək qazılmış çuxura düşürlər. Xoşagəlməz halla bağlı həm avtomobillərə, həm də avtobuslara ciddi maddi ziyan dəyir.
Təlimçi günün qaranlıq saatlarında vəziyyətin daha da çətinləşdiyini qeyd edib. Onun sözlərinə görə, kəsişmədə yolun işıqlandırılmaması sürücülərin çuxuru görməməsiylə nəticələnir və qəzalara gətirib çıxarır.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 26 May 2025 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















