“Bu, Ermənistanın Baş naziri kimi mənim missiyamdır”

29.10.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Sülhə alternativ görmürəm. Onu institusional reallığa çevirmək Ermənistanın Baş naziri kimi mənim missiyamdır”.

“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu həmin ölkənin Baş naziri Nikol Paşinyan jurnalistlərin suallarını cavablandırarkən bildirib. 

“Mən bir daha deyirəm: sülhə alternativ görmürəm. İndi bunu Milli Assambleyadakı dünənki müzakirələr kontekstində deyirəm. Sülhün təsbit edilməsi və onu institusional reallığa çevirmək Ermənistanın Baş naziri postunda mənim bir nömrəli, iki nömrəli və üç nömrəli missiyamdır. Mən ardıcıl və qətiyyətlə bu yolda irəliləyəcəyəm. Sülh dönməz və institusional olmalıdır”, - hökumət başçısı deyib.

Onun sözlərinə görə, Azərbaycanla sülh sazişi imzalanmalı və ratifikasiya edilməlidir. Hökumət başçısı beynəlxalq hadisələr fonunda uzunmüddətli sülhün təmin edilməsinin vacibliyini qeyd edib.

“Dünyada nə baş verdiyini gördükdə başa düşürük ki, dünya nizamı dağılır. Xoşbəxtlikdən, bu dövrdə bizə sülh yaratmaq müyəssər oldu. Lakin bizim vəzifəmiz ikiillik sülhü 20 ilə, 1 ili 200 ilə, 200 ili 400 ilə və s. çevirməkdir”, - Paşinyan bəyan edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью