“Bu, Ermənistanın Baş naziri kimi mənim missiyamdır”
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
“Sülhə alternativ görmürəm. Onu institusional reallığa çevirmək Ermənistanın Baş naziri kimi mənim missiyamdır”.
“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu həmin ölkənin Baş naziri Nikol Paşinyan jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Mən bir daha deyirəm: sülhə alternativ görmürəm. İndi bunu Milli Assambleyadakı dünənki müzakirələr kontekstində deyirəm. Sülhün təsbit edilməsi və onu institusional reallığa çevirmək Ermənistanın Baş naziri postunda mənim bir nömrəli, iki nömrəli və üç nömrəli missiyamdır. Mən ardıcıl və qətiyyətlə bu yolda irəliləyəcəyəm. Sülh dönməz və institusional olmalıdır”, - hökumət başçısı deyib.
Onun sözlərinə görə, Azərbaycanla sülh sazişi imzalanmalı və ratifikasiya edilməlidir. Hökumət başçısı beynəlxalq hadisələr fonunda uzunmüddətli sülhün təmin edilməsinin vacibliyini qeyd edib.
“Dünyada nə baş verdiyini gördükdə başa düşürük ki, dünya nizamı dağılır. Xoşbəxtlikdən, bu dövrdə bizə sülh yaratmaq müyəssər oldu. Lakin bizim vəzifəmiz ikiillik sülhü 20 ilə, 1 ili 200 ilə, 200 ili 400 ilə və s. çevirməkdir”, - Paşinyan bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 29 Oktyabr 2026 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















