Bu evləri almayın KONKRET | Icma.az
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kreditlə satılan həyət evləri hər birimizin qarşısına tez-tez çıxır, lakin bu evləri alanlar heç də razı qalmırlar və bu barədə tez-tez şikayətlərin şahidi oluruq.
“Makler evləri” kimi tanınan bu evlər çox vaxt ucuz başa gəlməsi üçün aşağı keyfiyyətlə tikilir ki, bu da sonradan bir sıra problemlərə səbəb olur.
KONKRET.az xəbər verir ki, əmlak ekspertlərinin sözlərinə görə, hər kəs ev almamışdan öncə həm mülk məsələləri, həm də tikinti məsələləri üzrə mütəxəssislərlə məsləhətləşməlidir.
Bəzi hallarda fərdi şəkildə inşa olunaraq kreditlə satılan evlərin bir çoxu tikinti normalarına uyğun gəlmir və o evləri alan vətəndaşlar sonradan peşman olurlar.
Çünki bir çox hallarda nəmişlik olur, tikinti üçün ərazi düzgün seçilmir.
Bu halda da təbii ki, vətəndaşlar çoxlu maliyyə itkisi ilə üzləşirlər.
Bu daşınmaz əmlaklar ucuz olsa da, nəzərə almırlar ki, o evləri əksər hallarda söküb yenidən əsaslı təmir etməli olurlar və bu da çoxlu xərcə başa gəlir.
Tam oxu
Xəbəri oxu