Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Bu evləri almayın KONKRET

Bu evləri almayın KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kreditlə satılan həyət evləri hər birimizin qarşısına tez-tez çıxır, lakin bu evləri alanlar heç də razı qalmırlar və bu barədə tez-tez şikayətlərin şahidi oluruq. “Makler evləri” kimi tanınan bu evlər çox vaxt ucuz başa gəlməsi üçün aşağı keyfiyyətlə tikilir ki, bu da sonradan bir sıra problemlərə səbəb olur.

KONKRET.az xəbər verir ki, əmlak ekspertlərinin sözlərinə görə, hər kəs ev almamışdan öncə həm mülk məsələləri, həm də tikinti məsələləri üzrə mütəxəssislərlə məsləhətləşməlidir. Bəzi hallarda fərdi şəkildə inşa olunaraq kreditlə satılan evlərin bir çoxu tikinti normalarına uyğun gəlmir və o evləri alan vətəndaşlar sonradan peşman olurlar. Çünki bir çox hallarda nəmişlik olur, tikinti üçün ərazi düzgün seçilmir. Bu halda da təbii ki, vətəndaşlar çoxlu maliyyə itkisi ilə üzləşirlər. Bu daşınmaz əmlaklar ucuz olsa da, nəzərə almırlar ki, o evləri əksər hallarda söküb yenidən əsaslı təmir etməli olurlar və bu da çoxlu xərcə başa gəlir.

O da deyilir ki, “makler evləri” kimi tanınan bu tikililəri 35 min manatdan başlayan qiymətlərlə şəhərin müxtəlif istiqamətlərində görmək olar. Hətta bir çoxlarının da sənədlə bağlı problemləri olur. Evlərin bir çoxları kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilir və təyinatı dəyişdirilmədən vətəndaşa da kənd təsərrüfatı təyinatlı torpaq sahəsi satılır. Yəni vətəndaşlara fərdi yaşayış evi deyil, onun yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi satılır. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qiyməti isə fərdi ev tikmək üçün torpaq sahəsindən qat-qat aşağı qiymətə olur.

Daşınmaz əmlak məsələləri üzrə mütəxəssis Elnur Fərzəliyev “Yeni Müsavat”a açıqlamasında Bakıətrafı və Abşeron ərazilərində ucuz qiymətə satışa çıxarılan fərdi yaşayış evləri ilə bağlı bir sıra mühüm məqamlara diqqət çəkib.

Onun sözlərinə görə, bu tip evlərin qiyməti çox vaxt həmin ərazidəki torpaq sahəsinin dəyəri və tikinti xərclərinin ümumi məbləğindən daha aşağı olur. “Bu evlər əsasən sənədsiz və digər təyinatlı torpaqlarda inşa olunub. Torpağın ucuz olması alıcını cəlb edir və ev sahibləri adətən daha geniş sahələr əldə edirlər. Nəticədə torpaq onlara nisbətən aşağı maya dəyərinə başa gəlir. Eyni zamanda tikinti materiallarının topdan alınması da xərcin azalmasına səbəb olur”, – deyə ekspert qeyd edir.

Elnur Fərzəliyev bildirir ki, belə əmlaklara maraq göstərən şəxslər mütləq mütəxəssis rəyinə əsaslanmalı, evin tikinti keyfiyyəti və texniki vəziyyəti yoxlanmalıdır. Çünki bir çox Bakıətrafı ərazilər əvvəllər bataqlıq və gölməçələrdən ibarət olub. Sonradan bu ərazilər torpaqla doldurularaq üzərində yaşayış evləri tikilib. “Bu cür hallarda torpağın çökməsi evlərdə çatların yaranmasına və ciddi konstruktiv problemlərə səbəb ola bilər”, – deyə o əlavə edir.

Ekspertin sözlərinə görə, bu risklərə görə vətəndaşlar əmlak alarkən onun hüquqi statusuna da xüsusi diqqət yetirməlidir: “Əmlakın çıxarışının olması mütləqdir. Əgər çıxarış yoxdursa, həmin evin rəsmi qeydiyyatı və sonradan sənədləşdirilməsi əksər hallarda mümkün olmur. Təəssüf ki, bəzi hallarda alıcılara “torpağın çıxarışı var” deyə təqdimatlar edilir, lakin sözügedən torpaqların təyinatı yaşayış üçün deyil, kənd təsərrüfatı və ya digər məqsədlər üçün nəzərdə tutulur”.

Fərzəliyev izah edir ki, qanunvericiliyə əsasən, fərdi yaşayış evlərinə çıxarışın verilməsi üçün torpağın təyinatı ilə tikilinin funksional təyinatı üst-üstə düşməlidir. Əks halda, bu, hüquqi ziddiyyət yaradır və çıxarış almaq qeyri-mümkün olur.

“Nəticə etibarilə, vətəndaşlar bu cür əmlaklara maraq göstərərkən, sadəcə, ucuz qiymətə aldanmamalı, mütləq mütəxəssislərin rəyini almalı və evin sənədlərini ciddi şəkildə yoxlamalıdırlar”, – deyə Elnur Fərzəliyev xəbərdarlıq edir.

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən, ölkədəki torpaq sahələri məqsədli təyinat üzrə bölünür. Əgər torpaq kənd təsərrüfatı təyinatlıdırsa, onun üzərində ev və ya başqa obyekt tikmək qadağandır. Təyinat yalnız Nazirlər Kabinetinin razılığı və yerli icra hakimiyyətinin təqdimatı ilə dəyişdirilə bilər. Yəni vətəndaşa bu cür torpaq sahəsi satılarsa, o orada heç bir qanuni tikinti apara bilməz. Satıcı isə “ev satıram” deyə, əslində hüquqi baxımdan yalnız torpaq sahəsi satır.

Tikinti ilə bağlı qaydaları müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsi açıq şəkildə bildirir ki, fərdi yaşayış evi tikmək üçün əvvəlcədən icazə alınmalı, sonra isə tikili istismara qəbul edilməlidir. Əgər bu prosedur həyata keçirilməyibsə, belə tikili qanunsuz hesab olunur və dövlət qeydiyyatına alınmır. Yəni vətəndaş rəsmi sənəd (kupça) ala bilmir, evi nə satmaq, nə də girov qoymaq mümkün olur.

Qanunvericiliyə görə, daşınmaz əmlak üzərində mülkiyyət hüququ yalnız Əmlakın Dövlət Reyestrində qeydiyyata alındıqdan sonra tanınır. Sənədi olmayan evlər üçün bu proses mümkün deyil. Bəzi hallarda maklerlər, sadəcə, torpaq müqaviləsi, etibarnamə və ya qəbz əsasında satış aparır – bu isə vətəndaşı hüquqi baxımdan son dərəcə zəif duruma salır. O, nə satıcını məhkəməyə verə, nə də əmlakı müdafiə edə bilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 İyul 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see534

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see524

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see518

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see470

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see438

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see428

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see364

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see347

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see330

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see318

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see317

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see308

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see303

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see292

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see291

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see290

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see289

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see288

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see267

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see256
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri