“Bu fasilədə fiziki durumu yaxşılaşdırmaq olardı” Azər Həşimov Fizulu Məmmədova cavab verdi

03.02.2026

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli premyer-liqasının 18-ci turunda “Karvan-Yevlax” doğma azarkeşləri qarşısında “Şamaxı”ya 0:2 uduzdu. Oyunsonrası mətbuat konfransında yevlaxlıların baş məşqçisi Fizuli Məmmədov belə açıqlama verdi:

“Əvvəlki məşqçinin bostanına daş atmaq istəmirəm, amma mən gələndə fiziki güc çox zəif idi”.


Əvvəlki məşqçi də Azər Həşimov idi. Hazırda Aran təmsilçisinin başında olan mütəxəssis “bostana daş atmasa da”, öz bostanının məhsulunun daha dadlı (güclü) olduğunu demək istədi.
Bəs bu barədə Azər Həşimov nə düşünür? Həqiqətən də fiziki durum indi daha sabit vəziyyətdədi?

“İnanın səmimiyyətimə, mən oyuna baxmamışam. Qol epizodlarından da xəbərim yoxdu. Fiziki durum məsələsinə gəlincə, 1 aylıq qış fasiləsi oldu. Bu fasilədə fiziki durumu yaxşılaşdırmaq olardı”.

MÜZƏFFƏR QULUZADƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью