“Bu fasilədə fiziki durumu yaxşılaşdırmaq olardı” Azər Həşimov Fizulu Məmmədova cavab verdi
Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Misli premyer-liqasının 18-ci turunda “Karvan-Yevlax” doğma azarkeşləri qarşısında “Şamaxı”ya 0:2 uduzdu. Oyunsonrası mətbuat konfransında yevlaxlıların baş məşqçisi Fizuli Məmmədov belə açıqlama verdi:
“Əvvəlki məşqçinin bostanına daş atmaq istəmirəm, amma mən gələndə fiziki güc çox zəif idi”.
Əvvəlki məşqçi də Azər Həşimov idi. Hazırda Aran təmsilçisinin başında olan mütəxəssis “bostana daş atmasa da”, öz bostanının məhsulunun daha dadlı (güclü) olduğunu demək istədi.
Bəs bu barədə Azər Həşimov nə düşünür? Həqiqətən də fiziki durum indi daha sabit vəziyyətdədi?
“İnanın səmimiyyətimə, mən oyuna baxmamışam. Qol epizodlarından da xəbərim yoxdu. Fiziki durum məsələsinə gəlincə, 1 aylıq qış fasiləsi oldu. Bu fasilədə fiziki durumu yaxşılaşdırmaq olardı”.
Bu mövzuda digər xəbərlər:“Zədəlilərimiz çoxdu” Azər Həşimov
19 Sentyabr 2025 19:24
Azər Həşimov istefaya GÖNDƏRİLİR
24 Noyabr 2025 10:18
Prezident Azər Məmmədova generalmayor rütbəsi VERDİ
07 Noyabr 2024 17:48
İlham Əliyev Azər Məmmədova generalmayor verdi
07 Noyabr 2024 18:00
Azər Həşimov: “Asan təslim olmayacağıq”
15 Avqust 2025 19:31
Baxış sayı:69
Bu xəbər 03 Fevral 2026 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















