“Bu fikirlərlə oyuna yanaşmaq doğru olmaz” | Icma.az
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avropa Liqasının əsas mərhələsinin 5-ci turunda keçiriləcək “Qarabağ” - “Lion” oyunundan öncə Azərbaycan təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, o, əvvəlcə matçla bağlı fikirlərini bildirib.
Q.Qurbanov qeyd edib ki, bu, komanda üçün vacib oyundur: “Çox keyfiyyətli bir komandaya qarşı oynayırıq.
Sistem və futbolçuların bacarığı hər kəsə bəllidir. Bizim üçün vacib oyundur. Matç boyu diqqətli olmalıyıq.
Çox istəyirik ki, azarkeşləri sevindirək”. - “Lion”un heyətini artıq təhlil etmisiniz ki, hansı oyunçulara qarşı oynayacaqsınız?
Fransa klubu maddi və mənəvi çökmüş komandadır. Bu faktlar sizin qələbə qazanmaq üçün şanslarınızı artırır? - Heyətləri ilə maraqlanmışıq.
Oyunlarına da baxmışıq, təhlil etmişik. Öz heyətimiz də bəllidir. Kimin meydanda olması bəllidir. Sadəcə 1-2 sual doğuran mövqe var.
Tam oxu
Xəbəri oxu