Icma.az
close
up
RU
“Bu fikirlərlə oyuna yanaşmaq doğru olmaz”

“Bu fikirlərlə oyuna yanaşmaq doğru olmaz”

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropa Liqasının əsas mərhələsinin 5-ci turunda keçiriləcək “Qarabağ” - “Lion” oyunundan öncə Azərbaycan təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, o, əvvəlcə matçla bağlı fikirlərini bildirib.

Q.Qurbanov qeyd edib ki, bu, komanda üçün vacib oyundur:

“Çox keyfiyyətli bir komandaya qarşı oynayırıq. Sistem və futbolçuların bacarığı hər kəsə bəllidir. Bizim üçün vacib oyundur. Matç boyu diqqətli olmalıyıq. Çox istəyirik ki, azarkeşləri sevindirək”. 

- “Lion”un heyətini artıq təhlil etmisiniz ki, hansı oyunçulara qarşı oynayacaqsınız? Fransa klubu maddi və mənəvi çökmüş komandadır. Bu faktlar sizin qələbə qazanmaq üçün şanslarınızı artırır?

- Heyətləri ilə maraqlanmışıq. Oyunlarına da baxmışıq, təhlil etmişik. Öz heyətimiz də bəllidir. Kimin meydanda olması bəllidir. Sadəcə 1-2 sual doğuran mövqe var. Rəqibə gəldikdə, böhran oldu və ya olmadı, biz qələbə üçün hazırlaşırıq. İstənilən rəqibə qarşı belədir. Bunlar hamısı söz-söhbətlərdir, belə böyük klubların maliyyə böhranını yoluna qoymaq üçün ciddi problem görmürəm. Təcrübəmiz onu göstərir. Hansı ki, hər il istənilən böyük klubda belə söz-söhbətlər gəzir. Belə olduğu halda, 1-2 oyunçunu başqa kluba satırlar, problemləri həll olunur. Onların oyunçularının dəyəri yüksəkdir. Bu fikirlərlə oyuna yanaşmaq bizim üçün də, sizin üçün doğru olmaz. "Lion" illərin klubudur.Belə fikirlərlə qələbəyə də göz yumulur. Məğlub olanda da fikirlər olur ki, belə problemi olan kluba qalib gələ bilmədilər. 

- Rəqibin “Lion” olduğunu nəzərə alsaq, hansısa xüsusi gedişat olacaq, yoxsa digər oyunlara necə hazırlaşmısınızsa, bu oyuna da eyni qaydada yanaşma sərgiləyəcəksiniz?

- Biz həmişə çalışmışıq ki, öz oyunumuzu yaxşılaşdıraq. Həm məşqdə, həm  də oyunda. İlk silahımız bu olmalıdır. Öz bacardığımızı daha keyfiyyətli şəkildə yerinə yetirək. Amma istənilən rəqibə qarşı rəqibin öz oyununu oynamaması üçün onlara mane olmalıyıq. Üstün cəhətlərinin qarşısını almalıyıq. Hər komandanın üstün cəhətləri var. Sadəcə bir neçə detal, element var ki, digər rəqiblərə qarşı necədirsə, bu rəqibə qarşı da o detallarda diqqətli olmalıyıq. Hər matçda oyunun gedişində 1-2 dəyişiklik olur. "Lion"un üstün keyfiyyətini nəzərə alaraq, detallara fikir verməliyik. Hücum planımızda da çox yox, 1-2 əlavə düşüncələr olacaq. Həyata keçəcək ya, yox oyunun gedişatından asılıdır. Hazırlığın çox hissəsini öz oyunumuzun, düşüncələrimizin üzərində qururuq.

- “Lion”u hansı keyfiyyətlərinizlə təəccübləndirə biləcəksiniz?

- Hansısa rəqib haqqında çox məlumat verməyi xoşlamıram. Adətən bunu sadəcə futbolçularımız üçün edirəm. Bizim əsas gücümüz kollektiv oyundur. Komponentlərə baxsaq, “Lion” bizdən üstündür, güclü çempionatda çıxış edir. Amma bizim Avropa təcrübəmiz var. Bundan istifadə edib belə rəqiblərə qarşı yaxşı çıxış etməyə çalışırıq. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Noyabr 2024 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri