Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq. İrəvanın Respublika meydanında bir qrup azərbaycanlının “Anadır arzulara hər zaman Qar
2019-cu ildə “Qarabağ Ermənistandır. Nöqtə”, deyən Nikol Paşinyanın 44 günlük müharibədən sonra “Qarabağ Azərbaycan ərazisidir, reallıqla ba
Ermənistanda anlayırlar ki, məsələ bir mahnı ilə bitməycək, davamı gələcək.
Bu vaxta qədər Azərbaycan və Türkiyənin varlığından həyəcan keçirən bu xəstə, zəhərlənmiş kütlə indi də baxır ki, onların əmin-arxayın olduqları İran tərəfdən də çəkinmədən, uca səslə “Qarabağ Azərbaycandır!”, deyənlər var, özü də bu hayqırtı qədim İrəvanda səslənir.
Axı, haylar İran sarıdan arxayın idilər, zənn edirdilər ki, fars-molla rejimi onların bütün arzu-istəklərini həyata keçirəcək.
Amma anlamırlar ki, söhbət 40 milyondan artıq Azərbaycan türklərinin yaşadığı ölkədən gedir və Qarabağ məsələsi buradakı türklər üçün sıradan məsələ deyil.
Deməli, Ermənistan rəngləri tündləşdirməkdə davam edərsə, gərginliyi tətikləyərsə, yeni savaş hazırlıqlarını Avropa İttifaqı və ABŞ hərbi-casus şəbəkəsinin iştirakı ilə davam etdirərsə, o halda Mehri boğazında da tıxanıqlıq yarana və boğula bilər!
Hələlik Ermənistan Qərbdəki havadarlarının, həmçinin Tehranın diktəsi ilə Zəngəzur dəhlizinin açılmasına müqavimət göstərir.