Icma.az
close
up
RU
Bu gedişlə İrəvanın mərkəzində “İrəvanda hay qalmadı” oxunacaq

Bu gedişlə İrəvanın mərkəzində “İrəvanda hay qalmadı” oxunacaq

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

İrəvanın Respublika meydanında bir qrup azərbaycanlının “Anadır arzulara hər zaman Qarabağ” oxuması hay revanşistlərini havalandırıb. 2019-cu ildə “Qarabağ Ermənistandır. Nöqtə”, deyən Nikol Paşinyanın 44 günlük müharibədən sonra “Qarabağ Azərbaycan ərazisidir, reallıqla barışmaq, real Ermənistana sahib çıxmaq lazımdır”, məzmunlu çıxışlarının ardınca Təbriz azərbaycanlılarının ana dillərində, heç kimdən çəkinmədən İrəvanda “Qarabağ” mahnısı oxuması yeni müharibəyə hazırlaşan ölkənin gündəmini qarışdırıb.

Ermənistanda anlayırlar ki, məsələ bir mahnı ilə bitməycək, davamı gələcək. Bu vaxta qədər Azərbaycan və Türkiyənin varlığından həyəcan keçirən bu xəstə, zəhərlənmiş kütlə indi də baxır ki, onların əmin-arxayın olduqları İran tərəfdən də çəkinmədən, uca səslə “Qarabağ Azərbaycandır!”, deyənlər var, özü də bu hayqırtı qədim İrəvanda səslənir. Axı, haylar İran sarıdan arxayın idilər, zənn edirdilər ki, fars-molla rejimi onların bütün arzu-istəklərini həyata keçirəcək. Amma anlamırlar ki, söhbət 40 milyondan artıq Azərbaycan türklərinin yaşadığı ölkədən gedir və Qarabağ məsələsi buradakı türklər üçün sıradan məsələ deyil.

Deməli, Ermənistan rəngləri tündləşdirməkdə davam edərsə, gərginliyi tətikləyərsə, yeni savaş hazırlıqlarını Avropa İttifaqı və ABŞ hərbi-casus şəbəkəsinin iştirakı ilə davam etdirərsə, o halda Mehri boğazında da tıxanıqlıq yarana və boğula bilər! Hələlik Ermənistan Qərbdəki havadarlarının, həmçinin Tehranın diktəsi ilə Zəngəzur dəhlizinin açılmasına müqavimət göstərir. Həmçinin Azərbaycanın bölgədə barışı və inkişafı təmin edəcək 3+3 formulunda əməkdaşlıq təşəbbüsünə biganədir. Amma Paşinyan hakimiyyəti və onun gözlərini qan örtmüş əleyhdarları konstruktiv mövqedən çox uzaqdadırlar və bu da sonda fəlakətli nəticələr verə bilər.

Xəbərlər gəlir ki, Ermənistanda idman mərkəzləri, təlim meydançaları və digər adlar altında faktiki olaraq təxribatçı dəstələrin, kəşfiyyatçıların, muzdluların yetişdirilməsi prosesi gedir. Özü də bu işdə Ermənistana ABŞ və Avropa İttifaqının səxavətlə yardım etdiyi bildirilir. Azərbaycanı müharibəyə çəkmək və daha çox silah-sursatın, hərbçinin Ermənistana daşınması üçün “hüquqi əsas” yaratmaq niyyəti var Qərb paytaxtlarında. ABŞ ilə Ermənistan arasında strateji tərəfdaşlıq müqaviləsinin imzalanması, Avropa İttifaqının casus şəbəkəsinin ömrünün daha 2 il müddətinə uzadılması, özü də patrullara silah daşımaq icazəsinin verilməsi sülhə xidmət etmir ki... Bunlar növbəti lokal toqquşmalara rəvac vermək üçün hərəkətə keçiblər.

Günün birində Ermənistanda hazırlanmış plan əsasında, “binokl siyasəti”nin təmsilçilərinin Azərbaycanla sərhəddəki döyüş postunda, elə “Yerkrapa” üzvləri tərəfindən güllələnməsi və günahkarın “Azərbaycan tərəfdə axtarılması əməliyyatı”nın da şahidi ola bilərik. Bunlar özlərinin məkrli planlarının reallaşması, Azərbaycanı günahlandırmaq və ölkəmizə şər atmaq üçün hətta 209 nəfərlik hərbi-casus şəbəkəsinin bir neçə üzvünü qurban verə bilərlər! Ərəb ölkələrində, Qəzza zonasında, Afrikada, Ukraynada, Yeni Kaledoniyada min hoqqadan çıxan Fransa və digərləri üçün belə təxribatlara əl atmaq heç də çətin deyil. Əks təqdirdə, Aİ-nin Ermənistandakı missiyası niyə günaşırı Azərbaycanla şərti sərhədlərdə peyda olur, nümayişkaranə şəkildə sərhədçilərimizin, hərbçilərimizin mövqeləri qarşısında saatlarla dayanır, avtomobillərlə ora-bura şütüyür, binokllarla Azərbaycan ərazilərinə baxırlar? Azərbaycanı çox istədiklərindənmi? Təbii ki, yox. Onlar səbrimizi sınağa çəkirlər, çox arzulayırlar ki, Azərbaycan tərəfdən atəş açılsın, kimsə yaralansın, yaxud ölsün və bütün dünyaya hay salsınlar ki, “qoymayın, Azərbaycan beynəlxalq müşahidəçiləri hədəfə alıb!”

Yeri gəlmişkən, Rusiyanın hərbi helikopteri 2020-ci ilin 9 noyabr gecəsi eynisini etmədimi? Yaxud bir günlük antiterror əməliyyatımız zamanı Qarabağdakı rus “sülhməramlılar” əməliyyat aparılan əraziyə nümayişkaranə şəkildə daxil olmadılarmı? 44 günlük müharibə zamanı hətta İranın da Arazboyu ərazilərdə Azərbaycan ordusunun yolunu kəsməyə cəhd göstərdiyi konkret faktlarla sübuta yetirilib. İndi də Avropa İttifaqının casus şəbəkəsi, silahlı “mülki”ləri hərəkətə keçiblər. Heç şübhəsiz, məqsəd minlərlə NATO hərbçisinin Ermənistana gətirilməsinə hesablanıb. Gələcəkdə həm də İrana qarşı istifadə məqsədilə. Zəngəzur dəhlizi ilə bağlı “qırmızı xətt” çəkən Tehrandan hələ səs çıxmır...

Ermənistan özü də hansı oyuna salındığının fərqində deyil. Bunlar İrəvanın mərkəzində oxunan mahnıdan belə qorxurlarsa, bu, nə müharibə hazırlığıdır belə? Şərqşünas Artem Tonoyan sosial şəbəkə hesabında “Qarabağ” mahnısının “İran Təbrizində” geniş yayıldığını, hər küçə musiqiçisinin bunu bildiyini yazır. “Amma sual budur ki, bu adamlar niyə birdən-birə bunu Ermənistan paytaxtında keçirmək qərarına gəliblər və onlara bu ideyanı kim verib”, deyə o qeyd edir.

Maraqlı sualdır təbii ki... Qarabağ dolma deyil ki, “qədim erməni yeməyi” adını qoyub, manipulyasiya edəsən. Heç bu mahnının erməniləşdirilməsi də mümkünsüzdür, hətta Simonyan anlayır ki, bu, Qarabağdır, “artsax” deyil. Qarabağ Zəfərimiz də döyüş mahnılarının, “Xudayar təsnifi”nin müşayiəti ilə qazanıldı.

Davamı isə gələcək. Günün birində İrəvanın mərkəzində - meydanın adı da İrəvan xanının adını daşıyacaq - “İrəvanda xal qalmadı” əvəzinə “İrəvanda hay qalmadı” da oxuna bilər. Günah özlərində, bizdən xəbərdar etmək!

Yeri gəlmişkən, Türkiyənin Qars şəhərində Azərbaycan hərbçilərinin də iştirakı ilə beynəlxalq “Qış təlimi - 2025” hərbi təlimləri keçirilir.  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 31 Yanvar 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see240

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see229

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see174

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see167

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see152

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see148

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see136

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see135

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see127

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see126

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see125

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see124

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see124

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see123

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see122

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see122

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see122

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see121

Yuxusuz halda sükan arxasına əyləşməyin! DYP dən həftəsonu XƏBƏRDARLIĞI

18 Oktyabr 2025 10:41see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri