Icma.az bildirir, Sia Az portalına istinadən. UEFA Çempionlar Liqasının gərgin və həyəcan dolu mərhələlərindən birində təmsilçimiz oktyabrın
Bu oyun həm komandanın mövsümdəki hədəfləri, həm də Azərbaycan futbolunun ümumi inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Məsələ ilə bağlı keçmiş futbolçu və məşqçi Tərlan Əhmədov SİA-ya açıqlamasında bildirib ki, sabahkı oyun hər birimiz üçün böyük əhəmiyyət kəsb edir: ""Qarabağ" üçün bu görüş həm idman baxımından, həm də ölkə adına vacibdir.
Artıq komanda Çempionlar Liqasındakı ilk iki qarşılaşmada parlaq nəticələr əldə edərək həm Portuqaliyanın nəhəng klubu Benfikanı, həm də Danimarka çempionu Kopenhageni məğlub edib.
Bu iki qələbə təkcə xal cəmlənməsi baxımından deyil, həm də Qarabağın Avropadakı nüfuzunun artması üçün mühüm addım oldu.
Hər iki matçda komanda taktiki baxımdan yetkin və kollektiv oyun nümayiş etdirdi.
Azarkeşlərin və futbol ictimaiyyətinin bu oyuna olan gözləntisi ən azından 1 xalla meydanı tərk etməkdir.
Amma nəzərə almaq lazımdır ki, qarşıdakı rəqib — İspaniyanın Atletik Bilbaosu — zəif komanda deyil.