Icma.az
close
up
RU
Bu görüş təkcə Qarabağ üçün deyil, Azərbaycan futbolu üçün də önəmlidir ŞƏRH EDİLDİ

Bu görüş təkcə Qarabağ üçün deyil, Azərbaycan futbolu üçün də önəmlidir ŞƏRH EDİLDİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

UEFA Çempionlar Liqasının gərgin və həyəcan dolu mərhələlərindən birində təmsilçimiz oktyabrın 22-də "Qarabağ" növbəti dəfə Avropanın güclü klublarından biri olan "Atletik Bilbao"ya qarşı meydana çıxır. Bu oyun həm komandanın mövsümdəki hədəfləri, həm də Azərbaycan futbolunun ümumi inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Məsələ ilə bağlı keçmiş futbolçu və məşqçi Tərlan Əhmədov SİA-ya açıqlamasında bildirib ki, sabahkı oyun hər birimiz üçün böyük əhəmiyyət kəsb edir:

""Qarabağ" üçün bu görüş həm idman baxımından, həm də ölkə adına vacibdir. Artıq komanda Çempionlar Liqasındakı ilk iki qarşılaşmada parlaq nəticələr əldə edərək həm Portuqaliyanın nəhəng klubu Benfikanı, həm də Danimarka çempionu Kopenhageni məğlub edib. Bu iki qələbə təkcə xal cəmlənməsi baxımından deyil, həm də Qarabağın Avropadakı nüfuzunun artması üçün mühüm addım oldu. Hər iki matçda komanda taktiki baxımdan yetkin və kollektiv oyun nümayiş etdirdi.

Azarkeşlərin və futbol ictimaiyyətinin bu oyuna olan gözləntisi ən azından 1 xalla meydanı tərk etməkdir. Amma nəzərə almaq lazımdır ki, qarşıdakı rəqib — İspaniyanın Atletik Bilbaosu — zəif komanda deyil. Hazırda La Liqada 8-ci pillədə qərarlaşan Bask təmsilçisi ciddi rəqibdir və öz meydanında daha təhlükəli oynayır. Komandada bir sıra ciddi problemlər, zədəlilər və heyət rotasiyası ilə bağlı suallar olsa da, "Atletik Bilbao" bu qarşılaşmada qələbə qazanmağa çalışacaq. Onlar yaxşı bilirlər ki, bu matçda xal itkisi vəziyyətlərini daha da çətinləşdirə bilər. "Atletik Bilbao"nun heyətində təcrübəli və texniki baxımdan güclü oyunçular var. Xüsusilə cinah hücumlarında dinamik və sürətli oyun nümayiş etdirirlər. Ev oyunlarında yüksək temp və aqressiv pressinq ilə start verirlər. "Qarabağ"ın bu pressinqə dözməsi və oyunun ilk 15-20 dəqiqəsində müdafiədə soyuqqanlı qalması çox önəmlidir.

"Qarabağ" əks-hücum futbolunu sevir və buna uyğun strukturda formalaşıb. Komandanın bu mövsüm vurduğu qolların böyük əksəriyyəti məhz sürətli keçidlər nəticəsində əldə olunub. Oyunun gedişatından asılı olaraq, "Qarabağ"ın planı çox güman ki, ilk hissədə rəqibin təzyiqinə qarşı dayanıqlı müdafiə ilə cavab vermək, daha sonra isə boşluqları taparaq sürətli hücumlarla fərqlənmək olacaq.

Bu görüş təkcə "Qarabağ" üçün deyil, Azərbaycan futbolu üçün də önəmlidir. "Atletik Bilbao" kimi bir komandanın meydanında uğurlu nəticə qazanmaq həm komandanın avrokuboklardakı mövqeyini gücləndirər, həm də beynəlxalq arenada Azərbaycan futboluna olan marağı artırar. Bir sözlə, çətin, amma maraqlı oyun bizi gözləyir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Oktyabr 2025 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri