Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün, Binəqədi Rayon Məhkəməsində Xalq artisti Ağadadaş Ağayevin 2 cinayət işi üzrə məhkəmə prosesləri davam etdiriləcək.
Proseslərdən birində Ağadadaş Ağayev müttəhim, digərində zərərçəkəndir.
Hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə Xalq artisti ilə insident yaşayan “MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilovun müttəhim statusundadır.
Medianews.az musavat.com-a istinadla xəbər verir ki, Ağadadaş Ağayev balta atdığı mühafizəçi Nurəddin Cəlilov və ayağına balta dəymiş “MedEra” hospitalının işçisi Nəzakət Paşayeva ilə barışıq sazişi bağlasa da, cinayət işi üzrə proses davam etdirilir.
Ötən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Mühafizəçi Nurəddin Cəlilov ittiham üzrə özünü təqsirli bilməyib.
Ağadadaş Ağayev prosesə qatılmayıb. Onun vəkili Asim Abbasov müvəkillinin iştirak etməməsi səbəbi ilə prosesin təxirə salınmasını istəyib.
Vəkil bildirib ki, Ağadadaş Ağayev səhhəti ilə bağlı prosesə qatıla bilməyib. İclasda şahid Nəzakət Paşayeva sərbəst ifadə verib.