Icma.az
close
up
RU
Bu gün Ağadadaş Ağayevin 2 məhkəməsi olacaq Baltalı hücum işi

Bu gün Ağadadaş Ağayevin 2 məhkəməsi olacaq Baltalı hücum işi

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün, Binəqədi Rayon Məhkəməsində Xalq artisti Ağadadaş Ağayevin 2 cinayət işi üzrə məhkəmə prosesləri davam etdiriləcək.

Proseslərdən birində Ağadadaş Ağayev müttəhim, digərində zərərçəkəndir.

Hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə Xalq artisti ilə insident yaşayan “MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilovun müttəhim statusundadır.

Medianews.az musavat.com-a istinadla xəbər verir ki, Ağadadaş Ağayev balta atdığı mühafizəçi Nurəddin Cəlilov və ayağına balta dəymiş “MedEra” hospitalının işçisi Nəzakət Paşayeva ilə barışıq sazişi bağlasa da, cinayət işi üzrə proses davam etdirilir. Ötən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Mühafizəçi Nurəddin Cəlilov ittiham üzrə özünü təqsirli bilməyib. Ağadadaş Ağayev prosesə qatılmayıb. Onun vəkili Asim Abbasov müvəkillinin iştirak etməməsi səbəbi ilə prosesin təxirə salınmasını istəyib. Vəkil bildirib ki, Ağadadaş Ağayev səhhəti ilə bağlı prosesə qatıla bilməyib.

İclasda şahid Nəzakət Paşayeva sərbəst ifadə verib. Deyib ki, mühafizəçi Nurəddin Cəlilovu tanıyır, onunla heç bir düşmənçiliyi, ədavəti yoxdur.

Hadisə ilə bağlı məhkəməyə bunları deyib: “Həmin gün işdə idim, səs-küy gəldi. Baxdım ki, biri əlində balta gəlir. Fikir vermədim və işimin arxasınca getdim. Sonra səs-küy artdı. Ağadadaş Ağayev əlində balta gəldi. Mən baxanda şlaqbaumu keçmişdi. Mühafizəçi qapının qabağına çıxdı. Mənim əlimdə “şvabra” var idi. Bir tərəfi təmizlədikdən sonra digər tərəfə keçdim. Ayağımda zərbə hiss etdim, baltanın sapı ayağıma dəymişdi. Baltanı qıraq bir yerə qoydum ki, heç kəs götürüb hücum etməsin. Sonra mühafizəçi gəldi, burnu qanamışdı. Baltanı atanın tanınmış şəxs Ağadadaş Ağayev olduğunu görənlər onun  yanına yığışdılar. Ağadadaş Ağayev baltayla birinci dəfə gəldi, sonra qayıtdı. İkinci dəfə gələndə onu pəncərədən gördüm”. Nəzakət Paşayeva qeyd edib ki, Ağadadaş Ağayev baltanı atandan sonra Nurəddin Cəlilov ona hücum edib:

“Mən baltanı alıb kənara qoydum ki, ikisindən biri baltanı götürər. Sonra gördüm ki, dalaşırlar, Ağadadaş yıxıldı. Ağadadaş Ağayev içəri gələndə söyüş söyürdü, deyirdi ki, hamınızı yığmışam içəri. Qorxunuzdan girmisiz içəri. Çox nalayiq söyüşlər söyürdü. İçəridə olanlarla birgə çox qorxu yaşadım”.

Digər şahid hospitalın baş tibb bacısı Nəzakət Zülfüqarlı oldu. Nəzakət Zülfüqarlı sərbəst ifadəsində bildirdi ki, hospitalda işdə olanda qışqırıq səsi eşidib: “Xəstələr qorxusundan qışqırırdılar, onları sakitləşdirib geri göndərirdim. Ağadadaş Ağayev həyətdə çox pis söyüşlər söyürdü. Nurəddin də ona cavab verirdi. Ağadadaşla Nurəddini dalaşdığı anda gördüm. Nurəddin başını əyməsəydi, balta başına dəyəcəkdi. Nurəddinin əlində simə oxşar nəsə var idi. Amma o simlə Ağadadaşa zərər verdiyini görməmişəm. Nurəddin onun qarşısına söyüşlərə görə çıxdı”.

Digər şahid hospitalın həkimi Ceyhun Hüseynov isə bildirib ki, səhər saat 7 radələrində xəstəxanaya işə gəlib və az sonra səs-küy eşidib: “Haradasa 5 dəqiqə sonra səs-küy eşitdik. Biz ora yaxınlaşanda Ağadadaş Ağayev baltanı atdı. Onu gördüm”.

Həkim Ceyhun Hüseynov Ağadadaş Ağayevin insidentdən əvvəl xəstəxanaya gəldiyini, orada əsəbi şəkildə, yüksək səslə danışdığını da məhkəməyə bildirdi: “Axşam radələri idi. Ağadadaş müəllim xəstəxanaya yaxınlaşdı. Sol qulağından travma almışdı. Xəstəxanaya gələndə əsəbi idi. Mənə dedi ki, məni tanıyırsan? Tanımadığımı dedim. Yüksək səslə yenə də sual etdi, dedi ki, sən məni tanımırsan? Onun dediklərinə qarşılıq vermədim. Ağrıkəsici verdik, qulağını tikdik, sonra yola saldıq getdi. İçkili olana oxşayırdı”.

Qeyd etdiyimiz kimi digər prosesdə Ağadadaş Ağayev müttəhimdir. Bu günə təyin olunan işə hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılır.

Yada salaq ki, məhkəmənin ilk iclasında zərərçəkmiş Nurəddin Cəlilovun vəkili vəsatətlə çıxış edərək təqsirləndirilən şəxsin əməlində daha ağır əməlin əlamətləri mövcud olduğunu deyib. Onun sözlərinə görə, əməldə 29,120.2.2- ci (qəsdən xuliqanlıq niyyəti adam öldürməyə cəhd) və 29, 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddələri ilə ittihamın əlamətləri var, baltanı zərərçəkmişə tərəf atması istintaq sənədləri ilə sübuta yetirilib: “Zərərçəkmiş şəxs bu barədə istintaq zamanı vəsatət verib. Amma vəsatət təmin edilməməklə zərərçəkmiş şəxsin hüququ pozulub. Biz işin ibtidai istintaqa qaytarılmasını istəyirik”.

Vəkil Ağadadaş Ağayevin barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını istəsə də, dövlət ittihamçısı qətimkan tədbirinin dəyişdirilməsi üçün əsasların olmadığını demişdi. Hakim vəsatəti təmin etməyib.

Məlum insidentlə bağlı bir deyil, 2 cinayət işi istintaq olunub. Cinayət işlərindən birində Xalq artisti Ağadadaş Ağayev təqsirləndirilən şəxs, mühafizəçi Nurəddin Cəlilov zərərçəkmiş şəxs statusundadır. Cinayət dosyesi  Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə araşdırılır. Digər cinayət işində isə Nurəddin Cəlilov müttəhim, Ağadadaş Ağayev qarşı tərəfdir. İş üzrə bu il oktyabrın 31-nə təyin olunan məhkəmənin hazırlıq iclasına Ağadadaş Ağayev qatılmamışdı. Mühafizəçi Nurəddin Cəlilov hakim Elçin Ağayevin sədrliyi ilə mühakimə olunur.

Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevin müttəhim statusunda olduğu cinayət dosyesi üzrə tərəflər ibtidai istintaq zamanı 1 dəfə üzləşdiriliblər. Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində baş tutan və 1 saata yaxın davam edən üzləşdirmədə Ağadadaş Ağayev baltalı hücumu ilə bağlı inkarçı mövqe tutub, mühafizəçiyə atdığı baltanı “məişət əşyası” adlandırıb, baş verənlərdə məsuliyyəti Nurəddin Cəlilovun üstünə atmağa çalışıb.

Xatırladaq ki, iyulun 22-də Binəqədi rayonu ərazisində baş vermiş insidentdən sonra Ağadadaş Ağayev videomüraciət yayaraq hadisə ilə bağlı öz versiyasını təqdim edib. Bundan sonra onun balta ilə hücum etdiyi mühafizəçi Nurəddin Cəlilov Musavat TV-nin qonağı olub. Baş vermiş insidentin detallarını açıqlayan Nurəddin Cəlilov Ağadadaş Ağayevin baltalı hücumuna rəğmən, onunla barışa biləcəyini dilə gətirib.

Deyib ki, Ağadadaş Ağayevi yerə yıxandan sonra vurduğuna görə peşmandır və üzrxahlıq da edib. Birbaşa efirdən Ağadadaş Ağayevə ünvanlanan sülh təklifinə xalq artisti ötən müddət ərzində reaksiya verməyib. Ağadadaş Ağayevin vəkili Şəfa Camalzadə isə müvəkkilinin ona uzanan barışıq əlini sıxıb-sıxmayacağına aydınlıq gətirməyib. İnsidentlə bağlı yayılan videolardan aydın olur ki, Ağadadaş Ağayev “MedEra Hospital”ın yerləşdiyi binanın mühafizə xidmətində çalışan Nurəddin Cəlilova bir dəfə deyil, 3 dəfə hücum edib.

Nurəddin Cəlilov deyib ki, Ağadadaş Ağayevlə insidentə səbəb Xalq artistinin ona nalayiq ifadələr işlətməsi olub: “Hadisə səhər saat 8-ə qalmış baş verib. Mən “MedEra Hospital”a gələn xəstəyə aid avtomobili park edən vaxt yuxarıdan qışqırıq səsləri eşitdim. Ağadadaş Ağayev həmin vaxt öz balkonundan mənə qışqırırdı. Birinci ona fikir vermədim. Sonra o, yenə təkidlə mənə “bura gəl, qorxma, gəl bura” deyə səslənməyə davam etdi. Mən dedim ki, mənimləsiniz? Dedi ki, hə. Daha sonra mən ona cavab verdim ki, nə üçün qorxmalıyam? O, yenə təkidlə mənə dedi ki, gəl bura. Yenidən cavab verdim ki, mən hazırda iş başındayam və ərazidən uzaqlaşa bilmərəm. Daha sonra o, mənə üzünü tutaraq “ermənidən əmələ gələn, sənə demirəm bura gəl…”, – deyə qışqırmağa başladı. Daha sonra o, yenə söyüşlərə davam etməyə başladı”.

Mühafizəçi bildirib ki, bu söyüşlərdən sonra Ağadadaş Ağayev əlində balta “MedEra Hospital”ın həyətinə doğru irəliləməyə başlayıb: “Mən həmin vaxt öz işimlə məşğul idim. Bir də gördüm ki, uzaqdan “mən səni baltalayaram və heç kim mənə heç nə edə bilməz!” ifadələrini qışqıra-qışqıra deyərək, mən tərəfə yaxınlaşmağa başlayır. O, yenə nalayiq ifadələr işlədir, mən yenə də ona fikir vermirəm və iki dəfə ərazidən uzaqlaşıram. Daha sonra o, baltanı mən tərəfə atır və bundan sonra baş verən hadisələr məlumdur. Əgər məsələ Ağadadaş Ağayevin dediyi kimidirsə, ona həkim lazım olubsa, niyə mənə hücum etmək əvəzinə elə “MedEra”ya daxil olmurdu? Məni 3 dəfə balta ilə “MedEra”nın qapısına qədər qovan Ağadadaş Ağayev niyə 1 dəfə hospitalın içinə daxil olub həkim istəmədi?”

Ağadadaş Ağayevə yekun olaraq Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib. İttiham təsdiqlənərsə, müttəhim 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilər. Məhkəmənin Ağadadaş Ağayevin barışıq sazişini qəbul edib-etməməsi iş üzrə qərar qəbul edilərkən məlum olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Yanvar 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see143

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see140

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see140

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see140

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see137

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see132

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see130

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see128

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see127

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see125

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see123

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see122

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see120

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see119

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see114

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see113

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see112

Kikboksçuların iştirakı ilə Ulu Öndərə həsr olunmuş xatirə turniri keçirilir FOTOLAR

13 Aprel 2025 14:13see111

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see110

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri