Azpolitika.az saytına istinadən Icma.az xəbər verir. Daha.az Millət vəkili Fazil Mustafanın çapa hazırladığı “Anladım. Tanıdım.
Yaşadım” adlanacaq kitabından Milli Mətbuat tarixiylə bağlı essesini təqdim edir.HƏSƏN BƏY ZƏRDABİ“Çağırıram gəlmir, göstərirəm görmür, deyirəm qanmır”.
Azərbaycan milli mətbuatının yaradıcısı Həsən bəy Zərdabinin öz toplumu ilə mübarizəsinin qısa şüarı bundan ibarət idi.
Həsən bəy türk düşünürü Arif Nihat Asyanın sözləriylə desək: “İşığı önünə al yürü, kölgən arxandan istər gəlsin, istər gəlməsin” prinsipi ilə yola çıxanlardan idi.Milli Mətbuat Günü Həsən bəy adlı bir Aydınlıq Günəşi ilə bağlıdır.
Gün demək, Günəşin insan həyatı üçün faydalı təzahürü deməkdir.
Gün, Günəşdən ötürülən çox kiçik enerjidir ki, Yer kürəmizi aydınladır.1875-ci ildə Gün işığına çıxan “Əkinçi” kodu altında öz tükənməz enerjisi ilə şumladığı torpağın hər qarışından məhsul götürəcəyinə böyük ümid bəsləyirdi.
Düşünürdü ki, Günəş var, Torpaq var, canlı toxum varsa, hərtərəfli yetkin bir toplumun yetişməsi üçün daha nə lazımdır?… Ancaq nəzərə almamışdı ki, bu torpağın alt qatında toplumun yaşadığı, anladığı “din”in cəhalət, xurafat adlı daşlı-gilli bərəkətsiz qarışığı var.
Və o qarışığın hesabına Həsən bəy arzuladığı məhsulu götürə bilmədi.