Icma.az
close
up
RU
“Bu gün Azərbaycan mətbuatında çox az sayda əkinçi var” Fazil Mustafa

“Bu gün Azərbaycan mətbuatında çox az sayda əkinçi var” Fazil Mustafa

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Daha.az Millət vəkili Fazil Mustafanın çapa hazırladığı “Anladım. Tanıdım. Yaşadım” adlanacaq kitabından Milli Mətbuat tarixiylə bağlı essesini təqdim edir.

HƏSƏN BƏY ZƏRDABİ

“Çağırıram gəlmir, göstərirəm görmür, deyirəm qanmır”. Azərbaycan milli mətbuatının yaradıcısı Həsən bəy Zərdabinin öz toplumu ilə mübarizəsinin qısa şüarı bundan ibarət idi. Həsən bəy türk düşünürü Arif Nihat Asyanın sözləriylə desək: “İşığı önünə al yürü, kölgən arxandan istər gəlsin, istər gəlməsin” prinsipi ilə yola çıxanlardan idi.
Milli Mətbuat Günü Həsən bəy adlı bir Aydınlıq Günəşi ilə bağlıdır. Gün demək, Günəşin insan həyatı üçün faydalı təzahürü deməkdir. Gün, Günəşdən ötürülən çox kiçik enerjidir ki, Yer kürəmizi aydınladır.

1875-ci ildə Gün işığına çıxan “Əkinçi” kodu altında öz tükənməz enerjisi ilə şumladığı torpağın hər qarışından məhsul götürəcəyinə böyük ümid bəsləyirdi. Düşünürdü ki, Günəş var, Torpaq var, canlı toxum varsa, hərtərəfli yetkin bir toplumun yetişməsi üçün daha nə lazımdır?… Ancaq nəzərə almamışdı ki, bu torpağın alt qatında toplumun yaşadığı, anladığı “din”in cəhalət, xurafat adlı daşlı-gilli bərəkətsiz qarışığı var. Və o qarışığın hesabına Həsən bəy arzuladığı məhsulu götürə bilmədi. Tanınmış türk şairi Cənab Şəhabəddin sanki Zərdabinin sıxıntılarını düşünərək yazmışdı: “Həyatda ən çətin şey qayəsiz insanlarla birlikdə yaşamaq məcburiyyətində qalmaqdır”.

O, qəzet işinə söz əkinçiliyi kimi baxırdı. Toxumu səpirsən, hər qarışından cücərtilər boy verəcək. Ancaq torpağın və toplumun tərkibində hansı qarışığın olması çox önəmlidir. Yenə də şükürlər olsun ki, bu Günəşin yanğısının hesabına ayrı-ayrı vaxtlarda Günün əkinçiləri yetişdi. Onlar da durmadan toxumları səpdilər. Bu günümüzdə nələrsə yaxşı-pis cücəribsə, həmin əkinçilərin iztirablarının, alın tərinin və istedadının nəticəsidir.

Bizdə bu peşənin insanlarına jurnalist deyirlər. Əsrin əvvəllərində qəzetçi deyərdilər. Fikrimcə, qəzetçi daha uyğundur. Türkiyədə də qəzetəçi ifadəsi yayğındır. Həm də birini digərindən fərqləndirmək üçün “usta qəzetəçi” ifadəsini işlədirlər. Bizdə bu təqribən “peşəkar jurnalist”ə ekvivalent ifadədir. Ancaq ən prestijlisi də “Əməkdar jurnalist” ifadəsidir. Çünki bunun arxasında rəsmi tanınma sənədi var.
Mənim qəzetçilərə baxışım belədir: usta qələm əhli, peşəkar qəzetçi və kar qəzetçi.

Birincilər sadəcə bu peşədə özəl istedad sahibidir və təkrarolunmaz yazı üslubları, peşə əxlaqı və idealizmi ilə fərqlənir. İkincilər vərdiş və təcrübə ilə bu peşədə məskunlaşıb, öz işlərini yaxşı bilirlər, özəlliklə də nəyi eşidib, nəyi eşitməməyi yaxşı bilirlər. Peşə ilə karlığın sintezini qurmağı bacaranlardır. Həmişə “tərəqqi”dədirlər.

Üçüncülər isə bu sahədə özlərini eşitməzliyə qoyublar, istedadsızlıqdan narahat deyillər, imtiyaz və növbə məsələlərində həssasdırlar, peşənin içində usanmadan yaşayırlar.
Bu gün Azərbaycan mətbuatında çox az sayda əkinçi var, biçinçilərlə yeyimçilər mütləq çoxluğu təşkil edir. Ona görə də toplumu dəyişməyə, yeniləşdirməyə, nimdaş dəyərlərini söküb dağıtmağa risq edən idealistləri görəndə sevinirsən, təsəlli tapırsan.

Həsən bəyin “əkinçi”liyinin bir maraqlı məqamı da var. İyul ayları bizim coğrafiyada əkin vaxtı deyil. Nə yazlıq əkinin, nə də payızlıq əkinin vaxtına uyğundur. Gecikməyin səbəbi münbit torpağın, yəni sağlam düşüncənin olmaması idi…

Hələ Qori Müəllimlər Seminariyasının da Azərbaycan bölməsi fəaliyyətə başlamamışdı. Ermənilərin, gürcülərin məktəbləri də vardı, qəzetləri də. Ona görə də Azərbaycan tarlasına bu toxum virtual olaraq Tiflisdən səpilmişdi. Həsən bəy qəzet savaşında ənənəvi olaraq yalnız rus, gürcü və erməni ilə deyil, öz doğma qaragüruhu ilə də üz-üzəydi. Bəlkə də, buna görə Həsən bəy Məlikovdan daha çox onu həm dünənin, həm də günümüzün şərtlərində Zərdabi olaraq tanımaq, tanıtmaq daha məntiqlidir. Bu adın bir bölgə ilə əlaqələndirilməsini təsadüfi də saymaq olar.

Zərdab sözü dilimizdə orqanizimdə ilan zəhərinə qarşı dirənc formalaşdırmaq üçün vurulan tibbi mayeni ehtiva edir. Həsən bəy həm də bizim millətin cəhalət və nadanlıq tarixinə vurulmuş bir zərdabdır. Dünən də, bu gün az sayda olsa da, müstəqil dövləti qorumaq, milləti çağdaş dəyərlərə daşımaq ruhu bu zərdabın təsirini öz mövcudluğunda qoruyan insanlarımızın hesabınadır… Milli Mətbuat Günü həm də çevrədəki erməni və irani ilanlarla birgə yaşamaq və ayaqda qalmaq üçün zərdablandığımız gündür.

ABŞ Prezidenti olmuş Endrü Ceksonun (Andrew Jackson; 1767–1845) belə bir ibrətamiz fikri var: “Cəsarətli bir adam təkbaşına bir çoxluqdur”. Bax, əslində, Zərdabi kimi şəxsiyyətlər də bütün zamanların təkbaşına çoxluğudur.

İrançı zehniyyətə, geriçi din ənənəsinə qarşı çıxan böyük milli aydınımız Həsən bəy Zərdabiyə İran mədəniyyətinin təsiri altında olan Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti nifrət edirdi. “Əkinçi” həm də ona görə yaşaya bilmədi ki, o xalqın sonradan “qazanılmış” olsa da, ənənəviləşmiş identikliyinə qarşı çıxırdı və böyük hücumlara məruz qalırdı. 22 iyul 1875-ci ildə çıxan “Əkinçi”nin öz əkdiyi məhsulu yığmadan 1877-ci ildə bağlanmasının da əsas səbəbi burada yatırdı. Hətta İrançı düşüncə mirasına bağlılığı olan böyük mütəfəkkirimiz Əhməd bəy Ağaoğlu belə, Parisdə oxuduğu zaman özünün “Persiya cəmiyyəti” məqaləsində Həsən bəy Zərdabini yeni türk ədəbi dilini təşviq etməklə xalqımızı ənənəvi dəyərlərinə real təhlükə yaratmaqda ittiham edirdi. O zaman Əhməd bəy Ağaoğlu İrançı düşüncə mirasının Paris və Londonda elmi təbliğini aparırdı. Sonradan Əhməd bəy məhz bu düşüncənin Azərbaycan xalqının taleyində yaratdığı fəlakəti, qaranlığı, gerizəkalılığı anlayaraq, Həsən bəylə eyni hədəfə doğru yürüdü və böyük bir milli miras qoyub getdi. Bu hekayənin anlamı budur ki, şəxsi mənada siyasətdə bir-birinə düşmən olan insanlar unutmamalıdır ki, millətin taleyi ilə bağlı məsələlər zərurət yarandıqda onları mütləq birləşdirəcəkdir.

Mən bilmirəm Həsən bəy Zərdabidən yüz il sonra daha nələri mənimsəyəcəyik, ancaq başlığa çıxardığım çağırışı qaragüruha təslim olmuş aydınlarımızın sayı artdıqca hökmən təkrarlayacağımızdan əminəm: “Çağırıram gəlmir, göstərirəm görmür, deyirəm qanmır”. Höte deyirdi, “Adam özünü bir şeyə tamamən həsr etdikdə, Tanrı da hərəkətə keçər”. Ancaq qaragüruhu da öz qəlibində var edən Tanrı olduğuna görə, bu hərəkətin əlamətləri sonrakı dönəmlərdə Zərdabinin diləklərinə, ümidlərinə uyğun üzə çıxmadı.
Günümüz aydınlıq olsun! – Cahilliyə qarşı zərdab vurulan Günümüzü deyirəm.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 İyul 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see263

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see228

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see197

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see189

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see182

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see174

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see159

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see133

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see129

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see126

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see126

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri