Bu gün Azərbaycan strateji üstünlüklərini bütün dünyaya nümayiş etdirir | Icma.az
Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Davosda keçirdiyi görüşlər və “Euronews” televiziyasına verdiyi müsahibəsində səsləndirdiyi mesajlar ölkəmizin regional və qlobal proseslərdəki yerini və nüfuzunu müəyyən etmək baxımından olduqca əhəmiyyətlidir.
Dövlətimizin başçısı həm çoxsaylı görüşlərdə, həm də sözügedən müsahibəsində regionun iqtisadi önəminin artmasında Azərbaycanın aparıcı rolunu və ölkəmizin beynəlxalq ticarət, nəqliyyat, enerji sahələrindəki layihələrin gerçəkləşdirilməsindəki aktivliyini xüsusi vurğulayıb.
Müsahibədə Azərbaycanın enerji siyasətinə dair açıqlamalar xüsusilə önəmlidir.
Dövlət başçısı həm “Euronews”a müsahibəsində, həm də Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında ölkəmizin Avropa üçün önəmindən danışdı və Azərbaycanın Cənubi Qafqazdakı unikal mövqeyini önə çəkərək bildirdi ki, Azərbaycan Avropa üçün Mərkəzi Asiya ilə bağlantı yaratmaq məqsədi daşıyan yeganə etibarlı, təhlükəsiz və xoşməramlı təyinat ölkəsidir.Avropa İttifaqının qitəni Mərkəzi Asiya ilə birləşdirəcək “Qlobal Qapılar” layihəsində Azərbaycanın önəmli rol oynadığını qeyd edən dövlətimizin başçısı ölkəmizin indiyədək əsasən nəqliyyat infrastrukturuna sərmayə yatırdığını və Ermənistanın da bizim yaratdığımız nəqliyyat-tranzit imkanlarımızdan yararlanacağını vurğuladı: “Demək olar ki, hər bir şey artıq hazırdır.
Lakin yüklərin həcmi o qədər sürətlə böyüyür ki, biz Dəniz Limanımızın ötürmə qabiliyyətini artırmaq qərarına gəldik.
Beləliklə nəqliyyat əlaqələri, o cümlədən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsi, həmçinin Ermənistanı Mərkəzi Asiyanın daha geniş regional nəqliyyat şəbəkəsinə daxil edəcək, sülh işinə töhfə verəcək.
Çünki Ermənistanın yolları açılacaq, o, tariflərdən faydalar qazanacaq, daha geniş beynəlxalq əməkdaşlıqda iştirak edəcək”.Bu baxımdan "Tramp Marşrutu”nun (Zəngəzur dəhlizi) açılması eyni zamanda həm regional inteqrasiyanı sürətləndirəcək, həm də qlobal iqtisadi əlaqələrin möhkəmlənməsini təmin edəcək.
Tam oxu
Xəbəri oxu