Icma.az
close
up
RU
Bu gün Azərbaycan strateji üstünlüklərini bütün dünyaya nümayiş etdirir

Bu gün Azərbaycan strateji üstünlüklərini bütün dünyaya nümayiş etdirir

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Davosda keçirdiyi görüşlər və “Euronews” televiziyasına verdiyi müsahibəsində səsləndirdiyi mesajlar ölkəmizin regional və qlobal proseslərdəki yerini və nüfuzunu müəyyən etmək baxımından olduqca əhəmiyyətlidir. Dövlətimizin başçısı həm çoxsaylı görüşlərdə, həm də sözügedən müsahibəsində regionun iqtisadi önəminin artmasında Azərbaycanın aparıcı rolunu və ölkəmizin beynəlxalq ticarət, nəqliyyat, enerji sahələrindəki layihələrin gerçəkləşdirilməsindəki aktivliyini xüsusi vurğulayıb.
Müsahibədə Azərbaycanın enerji siyasətinə dair açıqlamalar xüsusilə önəmlidir. Dövlət başçısı həm “Euronews”a müsahibəsində, həm də Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında ölkəmizin Avropa üçün önəmindən danışdı və Azərbaycanın Cənubi Qafqazdakı unikal mövqeyini önə çəkərək bildirdi ki, Azərbaycan Avropa üçün Mərkəzi Asiya ilə bağlantı yaratmaq məqsədi daşıyan yeganə etibarlı, təhlükəsiz və xoşməramlı təyinat ölkəsidir.
Avropa İttifaqının qitəni Mərkəzi Asiya ilə birləşdirəcək “Qlobal Qapılar” layihəsində Azərbaycanın önəmli rol oynadığını qeyd edən dövlətimizin başçısı ölkəmizin indiyədək əsasən nəqliyyat infrastrukturuna sərmayə yatırdığını və Ermənistanın da bizim yaratdığımız nəqliyyat-tranzit imkanlarımızdan yararlanacağını vurğuladı: “Demək olar ki, hər bir şey artıq hazırdır. Lakin yüklərin həcmi o qədər sürətlə böyüyür ki, biz Dəniz Limanımızın ötürmə qabiliyyətini artırmaq qərarına gəldik. Beləliklə nəqliyyat əlaqələri, o cümlədən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsi, həmçinin Ermənistanı Mərkəzi Asiyanın daha geniş regional nəqliyyat şəbəkəsinə daxil edəcək, sülh işinə töhfə verəcək. Çünki Ermənistanın yolları açılacaq, o, tariflərdən faydalar qazanacaq, daha geniş beynəlxalq əməkdaşlıqda iştirak edəcək”.
Bu baxımdan "Tramp Marşrutu”nun (Zəngəzur dəhlizi) açılması eyni zamanda həm regional inteqrasiyanı sürətləndirəcək, həm də qlobal iqtisadi əlaqələrin möhkəmlənməsini təmin edəcək. Dəhlizin istifadəyə verilməsi hamı üçün faydalı olacaq. Belə ki, Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında etibarlı nəqliyyat və logistika xəttini təmin etməklə istər Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün, istərsə də Avropa İttifaqı, Çin kimi iqtisadi nəhənglərin yer aldığı qlobal ticarət üçün yeni və olduqca əlverişli imkanlar yaradacaq.
Dövlətimizin başçısı, Azərbaycanın artıq Avropanın enerji təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrildiyini vurğulayaraq ölkəmizin enerji sahəsində qlobal rolunu diqqətə çatdırdı. Bunun nəticəsidir ki, son illər ölkəmiz Avropanın etibarlı enerji tərəfdaşı kimi tanınır və xüsusilə Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində əsas rol oynayır. Regionda enerji ehtiyatlarına malik olan və bu ehtiyatları həm regional, həm də qlobal bazarlara çıxaran yeganə ölkə məhz Azərbaycandır. Hazırda 16 ölkəyə, o cümlədən Avropa İttifaqına üzv olan 10 ölkəyə Azərbaycan qazının ixrac edilməsi Davos görüşlərində iştirak edən beynəlxalq investorlar və enerji şirkətlərinin diqqətini cəlb edən mühüm göstəricidir.
Cənab Prezident qeyd etdi ki, boru kəməri ilə ötürülən qazın coğrafi əhatəsinə görə Azərbaycanın dünyada birinci yerə çıxması sadəcə sırf texniki göstərici deyil, həm də strateji üstünlükdür. Bu, Azərbaycanın enerji resurslarını siyasi alətə çevirmədən, qarşılıqlı fayda prinsipi əsasında təqdim etdiyini sübut edir. Davos görüşlərində və müzakirələrdə Azərbaycanın enerji resurslarının ixracının artırılması və eyni zamanda, “yaşıl enerji” sektoruna yönəlik strateji layihələrin gerçəkləşdirilməsi məsələsi də dövlətimizin başçısı tərəfindən ölkəmizin qlobal enerji bazarına töhfə verməsi kimi qiymətləndirildi.
Davos görüşlərində aparılan müzakirələr zamanı və eləcə də “Euronews”a müsahibədə Prezident İlham Əliyev həmçinin ölkəmizin postmüharibə dövründə Cənubi Qafqaz regionunda sabitlik və iqtisadi inkişafın dayağı kimi oynadığı həlledici rolunu dünya liderlərinin, beynəlxalq təşkilatların və transmilli şirkətlərin rəhbərlərinin diqqətinə çatdırıb. Dövlətimizin başçısı müsahibə zamanı Cənubi Qafqazda yaranmış yeni reallıqlara toxundu və Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh sazişinin regional və qlobal əhəmiyyətini vurğuladı.
Cənab Prezident onu da qeyd etdi ki, bu gün Azərbaycan Ermənistanın enerji təhlükəsizliyinə faktiki töhfə verməyə başlayıb və bu da Azərbaycanın qalib dövlət olaraq revanşizmə deyil, uzunmüddətli sabitliyə üstünlük verdiyini göstərir. Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə yanaşı, regionda yeni siyasi və iqtisadi reallıqlar yaradıb və məhz bu yeni reallıqların nəticəsində hazırda ölkəmiz Cənubi Qafqazda sabitliyin və inkişafın əsas dayağı kimi çıxış edir, regional əməkdaşlığın genişlənməsinə yol açır. Beləliklə, Azərbaycanın sülh və əməkdaşlıq prinsipinə əsaslanan siyasət strategiyasına sadiqliyi əyani təsdiqini tapır.
Prezident İlham Əliyev “Euronews”a müsahibəsində qeyd etdi ki, bu gün Azərbaycan Ermənistanla münasibətləri təkcə siyasi müstəvidə deyil, iqtisadi və humanitar sahələrdə də genişləndirir və bu kontekstdə rəsmi Bakı tərəfndən yüklərin daşınmasına qoyulan məhdudiyyətlərin aradan qaldırılması, Ermənistanın enerji təhlükəsizliyinə faktiki töhfə verilməsi ölkəmizin sülh və normallaşma istiqamətində atdığı real addımlardır. 2025-ci ilin 8 avqustunda Vaşinqtonda imzalanan razılaşmalardan sonra, hazırda Ermənistanla beş-altı aydır ki, real sülh şəraitində yaşadığımızı vurğulayan dövlətimizin başçısı bu gün region üçün tarixi bir mərhələnin başlandığını diqqətə çatdırdı. Belə ki, artıq həm Azərbaycan, həm də Ermənistan öz müstəqillik tarixində ilk dəfə olaraq müharibə və işğal faktorundan kənar, sülh şəraitində inkişaf perspektivi əldə edib.
Ermənistan-Azərbaycan münasibətlərinin müsbət yöndə inkişaf etməsi kontekstində daim qızışdırıcı mövqe tutması ilə fərqlənən Avropa Parlamentinə münasibətlə bağlı verilən sualın Cənab Prezident tərəfindən qısa və lakonik cavablandırılması “Euronews”a müsahibənin xüsusilə diqqətçəkən məqamlarından biridir. Dövlətimizin başçısı açıq şəkildə bildirdi ki, biz artıq bu qurumun qərəzli mövqeyinə, bəyanatlarına əhəmiyyət vermirik. Heç kimə sirr deyil ki, bu gün müstəqil siyasət yürüdən, öz milli maraqlarını qoruyan Azərbaycana qarşı Avropa Parlamenti tərəfindən aparılan əsassız kampaniyalar xüsusi lobbi qruplarının təsirindən qaynaqlanır. Prezident İlham Əliyev bildirdi ki, hətta Ermənistanın belə Azərbaycanla münasibətləri müsbət qiymətləndirdiyi bir dövrdə, Avropa Parlamentinin mövqeyi artıq siyasi reallıqdan uzaqdır və bu qurumun özünü ziddiyyətli vəziyyətə salır. Başqa sözlə desək, Avropa Parlamenti reallıq hissini itirib. Azərbaycan bu cür absurd siyasət yürüdən və qərəzli mövqe tutan beynəlxalq qurumlarla əməkdaşlığa ehtiyac duymur.
Davos platformasında keçirilən görüşlər və aparılan səmərəli müzakirələr bir daha göstərdi ki, müstəqil siyasət yürüdən Azərbaycan bu gün qlobal gündəmin formalaşmasında rolu nəzərə alınan və həlledici söz sahibi olan önəmli dövlətlərdən biridir. Prezidentin Davos səfəri Azərbaycanın postmüharibə dönəmində regiondakı aparıcı rolunun beynəlxalq ictimaiyyətə təqdimatı üçün mühüm fürsətdir. Bu gün qalib ölkəmiz sülh və əməkdaşlığa açıq ölkə kimi istər qlobal enerji təhlükəsizliyi, istərsə də nəqliyyat-logistika sahələrindəki strateji üstünlüklərini bütün dünyaya nümayiş etdirir.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 Yanvar 2026 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri