Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Siyasi şərhçi Aydın Quliyev bu gün AZTV-də yayımlanan "Hədəf" verilişinin qonağı olub.
AZXEBER.COM xəbər verir ki, verilişdə çıxışı zamanı o, Prezident İlham Əliyevin jurnalistikaya dair fikirlərinin dərin və çoxqatlı mənalar daşıdığını bildirib: "Cənab Prezidentin söylədiyi fikirlər sadəcə təqdir deyil, eyni zamanda dərindən düşünüləsi, sətraltı mesajlar da verir.
Çünki biz yaxşı bilirik ki, hansı illəri keçmişik. Xüsusilə müstəqilliyimizin ilk illərində – informasiya blokadası, informasiya müharibəsi
20 Yanvar faciəsini yaşamışdıq, Xocalı soyqırımı baş vermişdi, amma səsimiz eşidilmirdi.
İndi isə Xankəndidən dünyaya mesajlar verə bilirik. Bu, çox ciddi bir göstəricidir.” Aydın Quliyev qeyd edib ki, bir zamanlar Azərbaycanın x
Amma bununla paralel olaraq daxildə milli medianı gücləndirməyə yönələn siyasət daha səmərəli nəticə verdi.
Bu gün Azərbaycan mediası yalnız müdafiə mövqeyində dayanan orqan deyil, həm də hücum edən, haqqı tələb edən güclü platformaya çevrilib.” Quliyev həmçinin Qərb mediasının "müstəqil və tərəfsiz” imici ilə çıxış etməsinə baxmayaraq, əslində onların geosiyasi alət kimi istifadə olunduğunu bildirib: "Dünyanın aparıcı media orqanları – New York Times, The Guardian, BBC, TF1 və digərləri əslində müstəqil deyillər.