Icma.az
close
up
RU
“Bu gün Azərbaycanda media ilə dövlətin vəhdəti milli gücün əsas sütunlarından biridir”

“Bu gün Azərbaycanda media ilə dövlətin vəhdəti milli gücün əsas sütunlarından biridir”

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Siyasi şərhçi Aydın Quliyev bu gün AZTV-də yayımlanan "Hədəf" verilişinin qonağı olub.

AZXEBER.COM xəbər verir ki, verilişdə çıxışı zamanı o, Prezident İlham Əliyevin jurnalistikaya dair fikirlərinin dərin və çoxqatlı mənalar daşıdığını bildirib:

"Cənab Prezidentin söylədiyi fikirlər sadəcə təqdir deyil, eyni zamanda dərindən düşünüləsi, sətraltı mesajlar da verir. Çünki biz yaxşı bilirik ki, hansı illəri keçmişik. Xüsusilə müstəqilliyimizin ilk illərində – informasiya blokadası, informasiya müharibəsi dövründə sözümüzü dünyaya çatdıra bilmirdik. 20 Yanvar faciəsini yaşamışdıq, Xocalı soyqırımı baş vermişdi, amma səsimiz eşidilmirdi. İndi isə Xankəndidən dünyaya mesajlar verə bilirik. Bu, çox ciddi bir göstəricidir.”

Aydın Quliyev qeyd edib ki, bir zamanlar Azərbaycanın xarici ölkələrin mediasında müdafiə olunması üçün müxtəlif təşəbbüslər göstərilsə də, nəticə uğurlu olmadı:

"O dövrdə çalışırdıq ki, xarici ölkələrin media orqanlarında Azərbaycana münasibəti dəyişək, tərəfdaşlar tapaq, ölkəmizin maraqlarını müdafiə edən media dairələri formalaşdıraq. Amma bununla paralel olaraq daxildə milli medianı gücləndirməyə yönələn siyasət daha səmərəli nəticə verdi. Bu gün Azərbaycan mediası yalnız müdafiə mövqeyində dayanan orqan deyil, həm də hücum edən, haqqı tələb edən güclü platformaya çevrilib.”

Quliyev həmçinin Qərb mediasının "müstəqil və tərəfsiz” imici ilə çıxış etməsinə baxmayaraq, əslində onların geosiyasi alət kimi istifadə olunduğunu bildirib:

"Dünyanın aparıcı media orqanları – New York Times, The Guardian, BBC, TF1 və digərləri əslində müstəqil deyillər. Onlar Qərb dövlətlərinin maraqlarına xidmət edən vasitələrə çevriliblər. Müharibə dövründə bu tam aydın şəkildə üzə çıxdı. Fransız jurnalistin balanslı reportajına görə linç edilməsi bunu bir daha sübut etdi. Mediada obyektivlik görüntüsü olsa da, arxasında dövlətlərin ideoloji maraqları dayanır.”

O, Azərbaycanın bu baxımdan fərqli olduğunu və media ilə dövlət arasında qarşılıqlı birliyin formalaşdığını vurğulayıb:

"Azərbaycanda isə medianı da, dövləti də millət formalaşdırır. Bu gün media ilə dövlətin birliyi həm müdafiə, həm də hücum mövqeyində nəticə verə bilir. Əgər bizim mediamız xarici anti-Azərbaycan kampaniyaları ifşa edə bilirsə və bu istiqamətdə real nəticə əldə olunursa, bu, dövlətlə medianın birliyinin təzahürüdür.”

Aydın Quliyev qeyd edib ki, bu birlik tarixi mərhələlərdə mövcud olmayıb:

"19-cu əsrin ortalarında mətbuatımız milli ruhlu Həsən bəy Zərdabi kimi ziyalıların təşəbbüsü ilə yaransa da, dövlət yad idi. Sovet dövründə isə həm dövlət, həm media yabançı idi. Amma bu gün həm dövlət, həm də mətbuat millətindir, xalqındır.”

Siyasi şərhçi çıxışının sonunda Prezident İlham Əliyevin media ilə dövlətin vəhdətinə dair fikirlərinə istinad edərək bildirib:

"Prezidentimizin qeyd etdiyi kimi, dövlətlə medianın birliyi təkcə Azərbaycanın maraqlarını qorumaqla kifayətlənmir, eyni zamanda xaricdən gələn hücumları da neytrallaşdırmaq gücünə malikdir. Bu isə Azərbaycan jurnalistikasının və dövlətinin böyük nailiyyətidir.”

Oksana Orucova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 22 İyul 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri