Bu gün bəstəkar Sevda İbrahimovanın anadan olmasından 85 il ötür AZƏRTAC | Icma.az
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 28 noyabr, AZƏRTAC Sevda İbrahimovanın yaradıcılığı nəinki Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda da yüksək dəyərləndirilir.
Əsərləri ABŞ, Fransa, Almaniya, İsveçrə, Bolqarıstan və başqa ölkələrdə uğurla ifa olunur.
Amerikalı dirijor Rikkardo Averbax Azərbaycanın Xalq artisti, skripkaçı Zəhra Quliyeva ilə birlikdə Sevda İbrahimovanın simli orkestr və skripka üçün yazdığı "Həyat bir pəncərədir" əsərini Azərbaycanda, ABŞ və Bolqarıstanda böyük uğurla və dəfələrlə ifa edib.
Orqan, soprano və bariton üçün "Poema ithaf" Kölndə, fortepiano və simli orkestr üçün "Konsertino" Parisdə, fortepiano üçün yazılan "Əhval ruhiyyələr" Amerikada, Fransada, İsveçdə səslənib.AZƏRTAC xəbər verir ki, bu gün tanınmış bəstəkar, Xalq artisti, professor Sevda İbrahimovanın anadan olmasının 85-ci ildönümü tamam olur.Sevda İbrahimova 1939-cu il noyabrın 28-də Bakı şəhərində dünyaya göz açıb.
Görkəmli tarzən Qurban Pirimovun qız nəvəsi, Xalq yazıcısı Mirzə İbrahimovun övladı olan Sevda xanımın istedadı kiçik yaşlarından üzə çıxıb.
Anası Sara Pirimova gözəl pianoçu və müəllim idi. O, ilk azərbaycanlı qızlar sırasında 1939-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bit
Evlə, ailə ilə bağlı qayğılarının çoxluğuna, vaxtının azlığına baxmayaraq, Sara xanım övladları üçün royalda gözəl musiqilər, xüsusilə dünya
Tam oxu
Xəbəri oxu