Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Bu gün bəstəkar Sevda İbrahimovanın anadan olmasından 85 il ötür AZƏRTAC

Bu gün bəstəkar Sevda İbrahimovanın anadan olmasından 85 il ötür AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 28 noyabr, AZƏRTAC

Sevda İbrahimovanın yaradıcılığı nəinki Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda da yüksək dəyərləndirilir. Əsərləri ABŞ, Fransa, Almaniya, İsveçrə, Bolqarıstan və başqa ölkələrdə uğurla ifa olunur. Amerikalı dirijor Rikkardo Averbax Azərbaycanın Xalq artisti, skripkaçı Zəhra Quliyeva ilə birlikdə Sevda İbrahimovanın simli orkestr və skripka üçün yazdığı "Həyat bir pəncərədir" əsərini Azərbaycanda, ABŞ və Bolqarıstanda böyük uğurla və dəfələrlə ifa edib. Orqan, soprano və bariton üçün "Poema ithaf" Kölndə, fortepiano və simli orkestr üçün "Konsertino" Parisdə, fortepiano üçün yazılan "Əhval ruhiyyələr" Amerikada, Fransada, İsveçdə səslənib.

AZƏRTAC xəbər verir ki, bu gün tanınmış bəstəkar, Xalq artisti, professor Sevda İbrahimovanın anadan olmasının 85-ci ildönümü tamam olur.

Sevda İbrahimova 1939-cu il noyabrın 28-də Bakı şəhərində dünyaya göz açıb. Görkəmli tarzən Qurban Pirimovun qız nəvəsi, Xalq yazıcısı Mirzə İbrahimovun övladı olan Sevda xanımın istedadı kiçik yaşlarından üzə çıxıb. Anası Sara Pirimova gözəl pianoçu və müəllim idi. O, ilk azərbaycanlı qızlar sırasında 1939-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdi. Evlə, ailə ilə bağlı qayğılarının çoxluğuna, vaxtının azlığına baxmayaraq, Sara xanım övladları üçün royalda gözəl musiqilər, xüsusilə dünya klassiklərinin əsərlərini ifa etməyi sevərdi.

Uşaq yaşlarından fortepianoda çalmağı öyrənən Sevdanın gələcəkdə anasının davamçısı olacağı şübhə doğurmurdu. Lakin tezliklə onun musiqi bəstələmək qabiliyyəti də üzə çıxdı. O, ilk musiqi təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində, bir sıra mahir pianoçuların müəllimi olmuş M.Bıkovadan alır. Sonra konservatoriyaya daxil olur. Azərbaycan Dövlət Konservatoriyasının Piano (M.Brennerin sinfi) və Bəstəkarlıq (Q.Qarayevin sinfi) fakültələrini bitirir.

Sevda İbrahimova iki operanın (“Nənəmin nağılları”, “Biri vardı...”), beş fortepiano konsertinin, orqan, tar və orkestr üçün konsertlərin, kantataların, kamera-instrumental və vokal kompozisiyalarının, fortepiano solo üçün çoxsaylı silsilələrin, uşaqlar üçün müxtəlif janrlı əsərlərin, filmlər və tamaşalar üçün musiqilərin müəllifidir. Əsərləri ABŞ, Fransa, İsveç, Almaniya və digər ölkələrin konsert salonlarında ifa edilib.

Bəstəkarın orqan və simli orkestr üçün konsert (1990), qoboy və piano üçün “Qəmginlik” pyeslər silsiləsi (1991), skripka və kamera orkestri üçün musiqi (1992), 2 piano üçün “Azərbaycan təranələri” pyeslər silsiləsi (1994), tar və simli orkestr üçün “Sənin üçün darıxıram, Şuşam” (1999), səs, tar və simli orkestr üçün “Qurbansız qalan tarım” (elegiya-xatirə, 2000), simli orkestr üçün “Vətən düşüncələri” (2001) və digər əsərləri musiqi mədəniyyətimizin diqqətəlayiq nümunələrindəndir.

O, N.Gəncəvi, M.Şəhriyar, S.Vurğun, B.Vahabzadə, M.Araz, H.Ziya, R.Zəka, M.Dilbazi, H.Bülluri və başqa şairlərin sözlərinə qəlbəyatan mahnı və romanslar bəstələyib. Nəğmələri tanınmış müğənnilərin ifalarında ürəklərə yol tapıb.

Sevda İbrahimovanın Azərbaycan mədəniyyətinin inkişafındakı səmərəli xidmətləri qiymətləndirilib. O, bir çox mükafatlara və təltiflərə, o cümlədən 1989-cu ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. 1994-cü ildə professor elmi adını alıb. 2005-ci ildə isə ona “Azərbaycanın Xalq artisti” fəxri adı verilib.

Görkəmli bəstəkar pedaqoji fəaliyyətlə də məşğul olub. O, əvvəlcə Bülbül adına musiqi məktəbində, sonra isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dərs deyib. Tələbələri həmişə onun köməyindən, dəstəyindən bəhrələnib. Tez-tez tələbələrinin kiçik, bəzən də böyük tamaşaçı auditoriyası qarşısında konsertlərini təşkil edib. Onun hazırladığı tələbələr daim öz səviyyəsi ilə fərqlənib.

Görkəmli bəstəkar Sevda İbrahimova 2022-ci il iyulun 17-də, ömrünün 83-cü ilində vəfat edib.

Unudulmaz bəstəkar, gözəl insan Sevda İbrahimovanın xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:334
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Noyabr 2024 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri