Bu gün Milli Qəhrəman Şikar Aslanovun doğum günüdür

10.07.2025

Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.

Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Şikar Aslanov 1970-ci il iyun ayının 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində doğulub.
Missiya.Az 
xəbər verir ki, ilk təhsilini burada alan Şikar 1987-ci ildə məktəbi bitirib, 1988-ci ildə sovet ordusuna hərbi xidmətə çağırılıb.

1990-cı ildə doğma vətənə qayıdaraq DİN-in post patrul xidmətinə qəbul olunub. Erməni işğalçılarının basqınları zamanı igidimiz silaha sarılaraq cəbhəyə yollanıb. 1992-ci ildə Xocavənd rayonunda gedən döyüşlərdə düşmənin atəş nöqtələrini peşəkarcasına susdurub.

1992-ci il iyul ayının 2-si əməliyyat zamanı Şikar snayper gülləsinə tuş gəlib, cəsur döyüşçünü hospitala çatdırsalar da onun həyatını xilas etmək mümkün olmayıb.

Şəhidimiz anadan olduğu Süleymanlı kəndində dəfn edilib. Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Aslanov Şikar Davud oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Zərintac Mayisqızı
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью