Bu gün Milli Qəhrəman Şikar Aslanovun doğum günüdür
Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.
Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Şikar Aslanov 1970-ci il iyun ayının 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində doğulub.
Missiya.Az xəbər verir ki, ilk təhsilini burada alan Şikar 1987-ci ildə məktəbi bitirib, 1988-ci ildə sovet ordusuna hərbi xidmətə çağırılıb.
1990-cı ildə doğma vətənə qayıdaraq DİN-in post patrul xidmətinə qəbul olunub. Erməni işğalçılarının basqınları zamanı igidimiz silaha sarılaraq cəbhəyə yollanıb. 1992-ci ildə Xocavənd rayonunda gedən döyüşlərdə düşmənin atəş nöqtələrini peşəkarcasına susdurub.
1992-ci il iyul ayının 2-si əməliyyat zamanı Şikar snayper gülləsinə tuş gəlib, cəsur döyüşçünü hospitala çatdırsalar da onun həyatını xilas etmək mümkün olmayıb.
Şəhidimiz anadan olduğu Süleymanlı kəndində dəfn edilib. Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Aslanov Şikar Davud oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Zərintac Mayisqızı
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 10 İyul 2025 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















