Bu gün peşəkar psixoloqlar mövcud maaşla məktəbdə işləməkdə maraqlı olmurlar Ekspert | Icm…
Demokrat.az saytına istinadən Icma.az xəbər verir. 2025-ci ildən məktəb psixoloqlarının əməkhaqqılarında nəzərəçarpacaq artım müşahidə oluna
Bununla bağlı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc A
Xatırlayıram ki, 2018-ci ildə BMT-nin Uşaq Fondu – UNICEF və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatı ilə birgə müx
Həmin layihə çərçivəsində məktəblərdə psixoloji xidmətin vəziyyəti də bizim diqqətimizdə idi.
Təəssüflə qeyd etməliyəm ki, həmin dövrdə əksər məktəblərdə psixoloq vəzifəsi formal xarakter daşıyırdı.
Hətta bəzi hallarda psixoloq kimi fəaliyyət göstərən şəxslərin bu sahə üzrə ixtisası belə yox idi.
Bugünkü vəziyyətlə bağlı dəqiq monitorinq aparmadığım üçün ümumi rəy bildirmək istəməzdim, amma müşahidələr göstərir ki, bu gün də savadlı və peşəkar psixoloqlar mövcud maaşla məktəbdə işləməkdə maraqlı olmurlar və daha çox özəl sahəyə yönəlirlər”.Ekspert əlavə edib ki, məktəb mühiti kifayət qədər mürəkkəb və psixoloji cəhətdən yüklü bir sosial məkandır:“Fərqli ailə, sosial və mədəni mühitlərdən gələn yüzlərlə şagirdin bir araya gəldiyi bu məkanda sağlam münasibətlərin qurulması, psixoloji tarazlığın təmin olunması, zorakılıq hallarının qarşısının alınması və ümumilikdə pozitiv mühitin yaradılması məhz məktəb psixoloqunun üzərinə düşür.
Əgər məktəb psixoloqu öz peşəsinə sadiq, yüksək ixtisaslı və səmərəli işləyən bir mütəxəssisdirsə, onun fəaliyyəti təkcə şagirdlərin deyil, eyni zamanda müəllim və valideynlərin də münasibətlərinə müsbət təsir edə bilər.
Tam oxu
Xəbəri oxu