Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Bu gün peşəkar psixoloqlar mövcud maaşla məktəbdə işləməkdə maraqlı olmurlar Ekspert

Bu gün peşəkar psixoloqlar mövcud maaşla məktəbdə işləməkdə maraqlı olmurlar Ekspert

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

2025-ci ildən məktəb psixoloqlarının əməkhaqqılarında nəzərəçarpacaq artım müşahidə olunacaq. 
Bununla bağlı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, məktəb psixoloqlarının əməkhaqlarının artırılması məsələsi bu gün xüsusilə vacib və aktuallıq kəsb edən bir mövzudur:
“Mən dəfələrlə bu məsələni ictimai müzakirəyə çıxarmış, məktəb psixoloqlarının fəaliyyətinin daha effektiv təşkili üçün onların sosial təminatının, xüsusilə də əmək haqlarının artırılmasının vacibliyini vurğulamışam. Xatırlayıram ki, 2018-ci ildə BMT-nin Uşaq Fondu – UNICEF və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatı ilə birgə müxtəlif bölgələrdə tədbirlər həyata keçirdik. Həmin layihə çərçivəsində məktəblərdə psixoloji xidmətin vəziyyəti də bizim diqqətimizdə idi. Təəssüflə qeyd etməliyəm ki, həmin dövrdə əksər məktəblərdə psixoloq vəzifəsi formal xarakter daşıyırdı. Hətta bəzi hallarda psixoloq kimi fəaliyyət göstərən şəxslərin bu sahə üzrə ixtisası belə yox idi. Bugünkü vəziyyətlə bağlı dəqiq monitorinq aparmadığım üçün ümumi rəy bildirmək istəməzdim, amma müşahidələr göstərir ki, bu gün də savadlı və peşəkar psixoloqlar mövcud maaşla məktəbdə işləməkdə maraqlı olmurlar və daha çox özəl sahəyə yönəlirlər”.
Ekspert əlavə edib ki,  məktəb mühiti kifayət qədər mürəkkəb və psixoloji cəhətdən yüklü bir sosial məkandır:
“Fərqli ailə, sosial və mədəni mühitlərdən gələn yüzlərlə şagirdin bir araya gəldiyi bu məkanda sağlam münasibətlərin qurulması, psixoloji tarazlığın təmin olunması, zorakılıq hallarının qarşısının alınması və ümumilikdə pozitiv mühitin yaradılması məhz məktəb psixoloqunun üzərinə düşür. Əgər məktəb psixoloqu öz peşəsinə sadiq, yüksək ixtisaslı və səmərəli işləyən bir mütəxəssisdirsə, onun fəaliyyəti təkcə şagirdlərin deyil, eyni zamanda müəllim və valideynlərin də münasibətlərinə müsbət təsir edə bilər. Psixoloq məktəbin idarəedici heyətinin bir parçasıdır və onun funksiyaları təkcə psixoloji dəstəklə məhdudlaşmır – həm də tərbiyə, təlim və məktəbdaxili mədəniyyətin formalaşmasında mühüm rolu var. Bu baxımdan hesab edirəm ki, məktəb psixoloqlarının əmək haqları mütləq artırılmalı, onların bilik və bacarıqlarına əsaslanan differensial qiymətləndirmə sisteminə keçid təmin olunmalıdır. Həmçinin onların sosial müdafiəsi gücləndirilməli, dövlət bu sahəyə xüsusi diqqət və dəstək göstərməlidir. Çünki bu gün məktəb mühitində qarşılaşdığımız bir çox xoşagəlməz halların arxasında məhz psixoloji boşluq və qeyri-peşəkar yanaşma dayanır. Peşəkar və motivasiyalı psixoloqlar isə bu problemlərin qarşısını vaxtında ala bilər və sağlam bir nəsil formalaşmasına töhfə verə bilərlər”.
Leyla Turan 
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 May 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri