Bu gün Putinlə görüşəcək

15.10.2025

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Kreml Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraanın bu gün Rusiyaya planlaşdırılan səfəri barədə məlumat yayıb. 

“Qafqazinfo” xəbər verir ki, məlumatda Əhməd əl-Şaraanın səfər zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi bildirilib. 

Tərəflərin Rusiya və Suriya arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişafını müzakirə edəcəyi gözlənilir. 

Eyni zamanda, prezidentlər Yaxın Şərqdəki hadisələr ətrafında da fikir mübadiləsi aparacaqlar. 

Xatırladaq ki, Suriya liderinin Moskvaya səfər etməsi barədə məlumatı öz mənbələrinə istinadən “Al Hadath” telekanalı yaymışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью