Bu gün Putinlə görüşəcək
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Kreml Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraanın bu gün Rusiyaya planlaşdırılan səfəri barədə məlumat yayıb.
“Qafqazinfo” xəbər verir ki, məlumatda Əhməd əl-Şaraanın səfər zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi bildirilib.
Tərəflərin Rusiya və Suriya arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişafını müzakirə edəcəyi gözlənilir.
Eyni zamanda, prezidentlər Yaxın Şərqdəki hadisələr ətrafında da fikir mübadiləsi aparacaqlar.
Xatırladaq ki, Suriya liderinin Moskvaya səfər etməsi barədə məlumatı öz mənbələrinə istinadən “Al Hadath” telekanalı yaymışdı.

Hakan Fidan bu gün Moskvada Putinlə görüşəcək
26 May 2025 10:28
Tramp Putinlə bu tarixdə görüşəcək
30 Mart 2025 18:36
Pezeşkian Putinlə görüşəcək
03 Dekabr 2024 09:24
Tramp bu gün Putinlə görüşəcək Nələr müzakirə ediləcək?
19 May 2025 10:33
Zelenski yalnız bu halda Putinlə GÖRÜŞƏCƏK
15 Fevral 2025 15:02

