Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 6 sentyabr, AZƏRTAC Azərbaycan səhnəsində aktyorluq məharəti, ecazkar səsi ilə yaddaqalan obrazlar yaratmış aktyorlar çox olub.
Onların sırasında Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Ələsgər Ələkbərov, Möhsün Sənani və başqalarının adlarını qürur hissi ilə çəkə bilərik.
Özünəməxsus sənəti ilə seçilənlər arasında Xalq artisti İlham Əsgərovun də öz yeri var.
Onun istər klassik, istərsə də müasir qəhrəmanlarının hər biri dərin fəlsəfi, lirik, dramatik məzmun kəsb edən portretə çevriliblər.AZƏRTAC xəbər verir ki, bu gün Xalq artisti İlham Əsgərovun vəfatından 10 il ötür.1958-ci il iyulun 16-da anadan olan İlham Əsgərov 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram teatrı və kino aktyoru fakültəsini bitirib.
1982-ci ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrının aktyoru olub.
İstedadlı aktyor Akademik Teatrın ən populyar tamaşalarında iştirak edib.
O, Azərbaycan Dövlət Radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biri olub.