Icma.az
close
up
RU
Bu gün Xalq artisti İlham Əsgərovun anım günüdür

Bu gün Xalq artisti İlham Əsgərovun anım günüdür

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 6 sentyabr, AZƏRTAC

Azərbaycan səhnəsində aktyorluq məharəti, ecazkar səsi ilə yaddaqalan obrazlar yaratmış aktyorlar çox olub. Onların sırasında Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Ələsgər Ələkbərov, Möhsün Sənani və başqalarının adlarını qürur hissi ilə çəkə bilərik. Özünəməxsus sənəti ilə seçilənlər arasında Xalq artisti İlham Əsgərovun də öz yeri var. Onun istər klassik, istərsə də müasir qəhrəmanlarının hər biri dərin fəlsəfi, lirik, dramatik məzmun kəsb edən portretə çevriliblər.

AZƏRTAC xəbər verir ki, bu gün Xalq artisti İlham Əsgərovun vəfatından 10 il ötür.

1958-ci il iyulun 16-da anadan olan İlham Əsgərov 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram teatrı və kino aktyoru fakültəsini bitirib. 1982-ci ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrının aktyoru olub. İstedadlı aktyor Akademik Teatrın ən populyar tamaşalarında iştirak edib. O, Azərbaycan Dövlət Radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biri olub.

İlham Əsgərov "Közərən ocaqlar" da Əli, "İblis"də Ərəb, "Atabəylər"də Əbubəkir, "Fəryad"da Loğman və Əmir, "Dar ağacı"nda Sabutay, "Rəqabət"də Nadir, "Büllur sarayda" Həbib, "Mahnı dağlarda qaldı"da Nicat, "Sevgililərin cəhənnəmdə vüsalı"nda Anaşkin, "Tənha iydə ağacı"nda doktor Altay, "Hökmdar və qızı"nda Məhəmməd xan, "Qarabağnamə"də İbrahim xan, "Kral Lir"də Fransa kralı, "Bu dünyanın adamları"nda Nemət Səmədzadə, "Qaraca qız"da Piri baba və digər tamaşalarda yaddaqalan obrazlar qalereyası yaradıb. O, həmçinin bir sıra bədii filmlərdə, seriallarda da unudulmaz rolları ilə tamaşaçı sevgisi qazanıb.

Onun əməyi hər zaman yüksək qiymətləndirilib. Belə ki, 2000-ci ildə Əməkdar artist, 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

İlham Əsgərov 2015-ci il sentyabrın 6-da Bakıda vəfat edib. O, Masallı rayonunun Xoşçobanlı kəndində dəfn olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Sentyabr 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri