Bu halda inflyasiya yüksələcək KONKRET | Icma.az
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır. “Maaşların, pensiyaların və müavinətlərin artırılması müəyyən hallarda inflyasiyanı y
Əgər dövlət bu artımları iqtisadiyyatda istehsal və məhsuldarlıq artmadan həyata keçirirsə, bazarda dövr edən pul kütləsi çoxalır, amma mall
Daha çox pul eyni həcmdə mala yönəldiyi üçün tələbat artır və qiymətlər yuxarı qalxa bilir”.
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında səsləndirib: Akif Nəsirli “Xüsusilə, kəskin və genişmiqyaslı artımlar dövlət büdcəsində əlavə yük yaradır və əgər bu yük vergilərdən və real gəlirlərdən deyil, borclanma və ya əlavə pul emissiyası ilə qarşılanırsa, inflyasiya riski daha da yüksəlir.
Çünki pul çoxalır, amma iqtisadiyyat daha çox mal istehsal etmir.
Bununla belə, maaş və sosial ödəniş artımları həmişə inflyasiyaya səbəb olmur.
Əgər artımlar iqtisadiyyatın real gəlirləri hesabına maliyyələşdirilirsə, istehsal genişlənirsə, bazarda rəqabət güclüdürsə və təklif tələbi qarşılayacaq səviyyədədirsə, qiymətlərdə ciddi artım baş verməyə bilər.
Həmçinin yüksək gəlir qruplarına edilən artımların inflyasiya təsiri adətən daha zəif olur, çünki bu qruplar əlavə gəlirləri əsasən istehlaka deyil, yığım və investisiyaya yönəldirlər”.
Tam oxu
Xəbəri oxu