Icma.az
close
up
RU
Bu halda inflyasiya yüksələcək KONKRET

Bu halda inflyasiya yüksələcək KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

“Maaşların, pensiyaların və müavinətlərin artırılması müəyyən hallarda inflyasiyanı yüksəldə bilər, amma bu, hər dəfə avtomatik şəkildə baş vermir. Əgər dövlət bu artımları iqtisadiyyatda istehsal və məhsuldarlıq artmadan həyata keçirirsə, bazarda dövr edən pul kütləsi çoxalır, amma malların və xidmətlərin həcmi dəyişməz qalır. Daha çox pul eyni həcmdə mala yönəldiyi üçün tələbat artır və qiymətlər yuxarı qalxa bilir”.

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında səsləndirib:

Akif Nəsirli

“Xüsusilə, kəskin və genişmiqyaslı artımlar dövlət büdcəsində əlavə yük yaradır və əgər bu yük vergilərdən və real gəlirlərdən deyil, borclanma və ya əlavə pul emissiyası ilə qarşılanırsa, inflyasiya riski daha da yüksəlir. Çünki pul çoxalır, amma iqtisadiyyat daha çox mal istehsal etmir.

Bununla belə, maaş və sosial ödəniş artımları həmişə inflyasiyaya səbəb olmur. Əgər artımlar iqtisadiyyatın real gəlirləri hesabına maliyyələşdirilirsə, istehsal genişlənirsə, bazarda rəqabət güclüdürsə və təklif tələbi qarşılayacaq səviyyədədirsə, qiymətlərdə ciddi artım baş verməyə bilər. Həmçinin yüksək gəlir qruplarına edilən artımların inflyasiya təsiri adətən daha zəif olur, çünki bu qruplar əlavə gəlirləri əsasən istehlaka deyil, yığım və investisiyaya yönəldirlər”.

A.Nəsirli qeyd edir ki, bütün bunlara əlavə olaraq, valyuta məzənnəsi, idxaldan asılılıq və xarici bazarlardakı qiymət dəyişiklikləri də inflyasiya səviyyəsinə maaş artımlarından daha güclü təsir göstərə bilər:

“Yəni sosial ödənişlərin artması inflyasiyanın yeganə və ya əsas səbəbi olmur, sadəcə onu sürətləndirən amillərdən biri ola bilər.
Nəticə olaraq, maaş və pensiyaların artırılması özlüyündə pis və ya təhlükəli deyil, lakin iqtisadiyyatın istehsal imkanları və dövlətin maliyyə dayanıqlığı nəzərə alınmadan həyata keçirilərsə, qiymət artımlarını gücləndirə bilər”.

Aynurə İsmayıl
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Dekabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see330

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see320

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see312

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see304

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see299

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see290

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see282

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see271

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see266

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see262

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see248

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see228

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see226

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see216

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see216

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see206

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see193

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see174

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri