Bu iki emosiya həyatınızın 20 ilini oğurlayır | Icma.az
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Araşdırmalar təsdiqləyir ki, emosiyalar fiziki sağlamlığa birbaşa təsir göstərir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, yeni elmi təhlilə əsasən, insan ömrünü nəzərəçarpacaq dərəcədə qısalda bilən iki emosional vəziyyət mövcuddur.
Söhbət uzunmüddətli depressiyadan və davamlı narahatlıq hissindən gedir.
Alimlər belə qənaətə gəliblər ki, əgər bu hallar gündəlik həyatın bir hissəsinə çevrilərsə, xüsusilə ürək-damar xəstəlikləri səbəbindən vaxtından əvvəl ölüm ehtimalı əhəmiyyətli dərəcədə artır.
Nəticədə insan təkcə ömründən illər itirmir, həm də həyat keyfiyyətini aşağı salır. Depressiya və narahatlıq niyə bu qədər təhlükəlidir?
Uzunmüddətli emosional gərginlik orqanizmdə mənfi reaksiyalar zəncirini işə salır.
İltihabi proseslər güclənir, stress hormonlarının səviyyəsi yüksəlir və bu da ürək və damar sisteminə əlavə yük yaradır.
Tam oxu
Xəbəri oxu